Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:40

Alimlərin maaşları artırılacaq


Azərbaycanda 8 mindən çox elmlər namizədi, 1500-dən çox elmlər doktoru var
Azərbaycanda 8 mindən çox elmlər namizədi, 1500-dən çox elmlər doktoru var

Azərbaycanda elmlər namizədləri və elmlər doktorlarının dərəcə maaşları artırılacaq. Bu barədə «Azadlıq» radiosuna Milli Məclisin Elm və Təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat verib. Cənab Hacıyev deyib ki, Milli Məclisin komissiyası bu barədə dövlət başçısına müraciət etmək qərarına gəlib.


Dərəcə maaşlarının artırılması yalnız, Milli Elmlər Akademiyasının strukturlarında, elmi tədqiqat institutlarında və ali məktəblərdən çalışan alimlərə şamil olunacaq. Şəmsəddin Hacıyev deyir ki, maaş artımında müəyyən istisnalar da olacaq, yəni yalnız elmi-pedaqoji işlə məşğul olan və məmurluq fəaliyyəti göstərməyən şəxslərin maaşları artırılacaq.


Komissiya sədri onu bildirdi ki, hazırda maaşların hansı səviyyəyə qədər artırılması və maliyyə mənbələri araşdırılır: «Komissiya adından müraciət isə mütləq sentyabr ayında prezidentə təqdim olunacaq».


Elm və Təhsil Komissiyasının sədri orta məktəblərdə çalışan müəllimlərin də maaşlarının artırılması istisna etmir.


Hazırda Azərbaycanda 8 mindən çox elmlər namizədinin, 1500-dən çox elmlər doktorunun olduğu bildirilir.


XS
SM
MD
LG