Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:58

1994-cü ildən bəri belə ciddi insident olmamışdı- Mətbuat icmalı


Şuşa
Şuşa

New York Times, Guardian qəzetləri, Foreign Affairs məcmuəsi Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədlərində son döyüşlərdən yazır.

New York Times qəzeti yazır ki, indiki döyüşlər son illərdə ən kəskin döyüşlər olub. Hər iki tərəfdən ümumilikdə 18 əsgərin ölməsi artıq təsdiqlənir.

ABŞ, Rusiya, Avropa Birliyi bildirirlər ki, zorakılıq münaqişənin həllini uzaqlaşdırır.

Qəzet ona da işarə edir ki, insidentdə kimin günahkar olması bilinmir, tərəflər bir-birini günahlandırır.

Guardian qəzeti isə yazır: "Avropa Birliyinin təsis etdiyi bloq - CommonSpace.eu bildirir ki, “insidentlər haqda hələ aydın məlumat yoxdur, ancaq 1994-cü ildən bəri belə ciddi insidentlər olmamışdı." “

Qəzet Armenian Reporter qəzetindən sitat gətirir ki, “İlin əvvəlindən avqustun 1-nə kimi Təmas Xəttində Ermənistan ordusu 18 ölümü təsdiqləyib, Azərbaycn ordusu isə 25 ölümü təsdiqləyir. Hərbçilər snayper gülləsindən, minalardan və reydlərdən ölüb”.

Foreign Affairs isə ermənilərin "Amerikalılar Artsax uğrunda" lobbi təşkilatının nümayəndəsi Mark Dietzenin məqaləsini dərc edib. O, Qarabağ üzrə tanınmış təhlilçi Brenda Shafferin daha əvvəl dərc olunmuş məqaləsinə cavab yazıb. Dietzen yazır ki, Shaffer “Qarabağ probleminin həllinin Rusiya ilə ABŞ-ın tərəfdaşlığını canlandıra bilər” - deməkdə haqlıdır, ancaq Shaffer döyüşlərin sona çatmasında Dağlıq Qarabağdakı rejimin roluna məhəl qoymur.

Müəllif iddia edir ki, ABŞ həqiqətən də münaqişəyə son qoymaq istəyirsə, Dağlıq Qarabağı buna sövq etmək, Rusiyanı sövq etmək qədər vacibdir.

Ona görə də, Mark Dietzen hesab edir ki, Vaşinqton Dalıq Qarabağı danışıqlar masasına gətirməlidir.

Onun fikrincə, münaqişənin Azərbaycanla Ermənistan arasında olmasını düşünmək korrekt deyil.

(Azərbaycan Dağlıq Qarabağın tərəf kimi qəbul olunmasının qəti əleyhinədir və Dağlıq Qarabağın işğalının Dağlıq Qarabağın erməni əhalisi tərəfindən deyil, Ermənistan tərəfindən həyata keçirildiyini hesab edir. – Azadlıq Radiosu).

XS
SM
MD
LG