Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:33

Daxili və xarici siyasətdə Qarabağ amilinin rolu [Video]


-

Konfliktoloq Əvəz Həsənov və siyasi şərhçi Rahim Hacıyev Dağlıq Qarabağ konfliktinin daxili və xarici siyasətə təsirini müzakirə edirlər.

«BEYNƏLXALQ ALƏM DƏSTƏK VERMƏSƏ, UĞUR OLMAYACAQ»

Rahim Hacıyev hesab edir ki, beynəlxalq aləmin dəstəyi olmasa, problemin həlli mümkünsüzdür:

«Dağlıq Qarabağ məsələsindən illərdir manipulyasiya vasitəsi kimi istifadə olunur. Qərb ölkələri Azərbaycanda insan hüquq və azadlıqları haqqında bəyanatlar verəndə insanlar irad tutur ki, bizim qaçqınlarımız onları maraqlandırmır. Həqiqət budur ki, son proseslərdə biz itkilər verdik. XİN məsələylə bağlı bir gün yarımdan sonra bəyanat verdi. Biz nəzərə almalıyıq ki, Rusiya Ermənistanın müttəfiqidir. Rusiya bizi müdafiə etməyəcək. Bizə lazımdır ki, Rusiya neytrallıq göstərsin. Minsk qrupunun həmsədrləri ABŞ və Fransayla münasibətlər normal olmalıdır. Açıq etiraf olunmalıdır ki, beynəlxalq aləmdən ciddi dəstək olmayacaqsa, heç bir uğurumuz olmayacaq».

«AZƏRBAYCAN EKSTREMAL VƏZİYYƏTƏ HAZIR DEYİL»

Əvəz Həsənov deyir ki, hökumətin son proseslərə reaksiyası qeyri-adekvatdır:

«Azərbaycan münaqişənin həlli ilə bağlı çətin durumdadır, status-kvoda yenilik etmək istəyir, ancaq dəstək tapa bilmir. Azərbaycan istəyir ki, vəziyyəti gərginləşdirib Dağlıq Qarabağ məsələsini gündəmə gətirsin. Əsgərlərimizin diversiya nəticəsində ölməyi daha ağlabatan versiyadır. Hökumət rəsmiləri isə hadisəyə qeyri-adekvat reaksiya verdilər. Baş verənlər göstərdi ki, Azərbaycan ekstremal hallara hazır deyil. Müdafiə Nazirliyi məlumatları vaxtı vaxtında ötürmür. Rəsmi açıqlama olmayanda da, mətbuat öz fantaziyasını işə salır. Hökumət bu proseslərdən dərs götürməlidir».

XS
SM
MD
LG