Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:01

Ramiz Mehdiyev KİV-ə xəbərdarlıq etdi


Ramiz Mehdiyevin «media müşavirəsi»ndən kim hansı nəticəni çıxardı
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Ramiz Mehdiyevin «media müşavirəsi»ndən kim hansı nəticəni çıxardı

-

AzərTAc Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin avqustun 29-da informasiya təhlükəsizliyi ilə bağlı müşavirədəki çıxışının tam mətnini yayıb.

Administrasiya rəhbərinin sözlərinə görə, Azərbaycandakı «demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən xarici dairələr ayırdıqları maliyyə hesabına ölkədə müxtəlif qeyri-hökumət təşkilatlarından və KİV-lərdən ibarət öz dayaq nöqtələrini, «5-ci kolon»unu formalaşdırmağa nail olublar.

«Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq «Azadlıq» qəzeti, «Azadlıq» radiosu və digər bir çox müxalifət mediasının fəaliyyətinin başlıca qayəsini təşkil edir. Nə qədər absurd olsa da, onların məntiqindən belə çıxır ki, bu günə kimi Azərbaycanda müasirliyə doğru, demokratiya yolunda heç bir müsbət iş görülməyib».

DÜŞMƏNLƏ İŞBİRLİYİNƏ GEDƏNLƏR?

Ramiz Mehdiyev təkcə KİV-dən narazılıq etməyib. Eyni zamanda, bir sıra qeyri-hökumət təşkilatlarını da xəyanətdə suçlayıb. O, bu zaman Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin adını çəkib.

Administrasiya rəhbərinin sözlərinə görə, Azərbaycan Ermənistanla informasiya müharibəsində üstünlüyü ələ almağa nail olsa da, «daxili antimilli ünsürlər, Vətəni satanlar, müxalifətə yaxın QHT-lər və media öz xalqına, dövlətinə qarşı xəyanət yolu tutaraq düşmənlə işbirliyinə gedir və onun mövqeyini gücləndirməyə çalışır».

Ramiz Mehdiyev avqustun əvvəlində atəşkəsin pozulması zamanı «bəzi kütləvi informasiya vasitələrinin Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyət göstərdiyini» deyib.

SOSİAL ŞƏBƏKƏLƏRƏ SENZURA QOYULMASINA ÜSTÜÖRTÜLÜ EYHAM...

«Təəssüf ki, yalnız Facebook, Tvitter, Youtube kimi beynəlxalq şəbəkələr, BBC, «Amerikanın səsi», «Azadlıq» radiosu kimi bəzi beynəlxalq media brendlərinin yerli nümayəndəlikləri deyil, hətta bir sıra hallarda Azərbaycan KİV-ləri də xalqımıza qarşı necə amansız psixoloji müharibə aparıldığını unudaraq, düşmən mediasının təxribat xarakterli məlumatlarını olduğu kimi tirajlayırlar».

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sosial şəbəkələrə senzura qoyulmasına da üstüörtülü eyham vurub: «Artıq Fransa, Böyük Britaniya, son illər isə Türkiyə nümunəsindən bəlli olduğu kimi Youtube, Google, Tvitter, Facebook kimi sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə məhkəmə prosesləri keçirilib və bu məhkəmələr qanunlara uyğun hökmlər çıxarıblar. Eyni zamanda, həmin şəbəkələrə cəmiyyətin təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq xəbərdarlıq edilib. Həmçinin kəşfiyyat xarakterli, cəmiyyətdə gərginlik yarada biləcək məlumatların sızmasını önləmək məqsədilə həmin ölkələrdə sosial şəbəkələrə qarşı daha sərt addımların atılması faktları da mövcuddur».

Hərçənd Administrasiya rəhbəri Azərbaycan hakimiyyətinin «keçmişə qayıtmaq», senzura ilə bağlı qurumları bərpa etmək niyyətində olmadığını bildirib. Ancaq dərhal da əlavə edib: «Eyni zamanda, internet mediada, sosial şəbəkələrdə Azərbaycan haqqında, tanınmış ictimaiyyət nümayəndələri barədə yanlış məlumatların, habelə hərbi hissələrimizin dislokasiyası, əsgər postları, cəbhə bölgəsindəki yaşayış məntəqələri, silahlı qüvvələrimizin texniki göstəriciləri, eləcə də hərbi sirri özündə ehtiva edən və cəbhə bölgəsində dəqiqləşdirilməmiş materialların yayılmasına da laqeyd qala bilmərik».

Administrasiya rəhbəri çıxışının sonunda KİV-ə xəbərdarlıq edib: «...formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşısı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, atılacaq».

XS
SM
MD
LG