Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:07

Prokurorluq əməkdaşları IREX-də axtarış aparıb


IREX
IREX

-

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sentyabrın 5-də prokurorluq əməkdaşları ABŞ-ın IREX qeyri-hökumət təşkilatının Azərbaycan nümayəndəliyinin ofisində axtarış aparıb.

Prokurorluq əməkdaşları axtarışla bağlı məhkəmə qərarlarını göstəriblər. Ofisdəki elektron avadanlıqlar, sənədlər müsadirə olunub.

Baş Prokurorluqdan günün sonu olduğunu bildirərək məsələyə aydınlıq gətirmədilər.

İyulun 31-də məhkəmə qərarı ilə IREX-in hesabına həbs qoyulmuşdu.

Bu təşkilat Azərbaycan KİV-nin əsas donorlarından biridir. Bir neçə il ərzindən IREX onlarla layihə həyata keçirib, KİV-ə maddi və texniki yardım göstərərək jurnalistlər üçün çoxsaylı treninqlər və seminarlar təşkil edib.

Bundan başqa, IREX ölkənin kənd sakinlərinin internetə çıxışı işində böyük rol oynayıb, onlarla kənddə pulsuz internet zalları təşkil edib.

XS
SM
MD
LG