Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:18

Londonda «bp, Azərbaycanda repressiyaları dəstəkləmə» şüarı ilə aksiya gözlənilir


bp
bp

-

«bp, Azərbaycan repressiyasını dəstəkləməyi dayandır».

Bu başlıq altında facebook-da yaradılan «event»də sosial şəbəkə istifadəçiləri sentyabrın 17-də neft istehsalı üzrə Azərbaycanın ən böyük tərəfdaşı bp-nin Londondakı ofisinin qarşısında aksiyaya çağırılır.

Müraciətdə deyilir ki, Azərbaycanda fəallar həbs olunmaq təhlükəsinə görə bp-nin Bakı ofisi yaxınlığında etiraz edə bilmirlər: «Ona görə də Londonda bp-nin ofisinin qarşısındakı aksiyamıza qoşulun».

Müraciətdə vurğulanır ki, gələn həftə Azərbaycanda bp-nin də aparıcı rol oynadığı «Əsrin Müqavilə»sinin 20 illiyi qeyd olunur:

«Bu razılaşma bp və Əliyevin repressiv rejimi ilə iki onillik əlaqələrin əsasını qoydu. Azərbaycanda bp-nin rolu çox böyükdür. Neft şirkətinin gücü və pulu Əliyev rejiminə repressiya aparmağa və demokratiyaya əngəl olmağa iman yaradır».

«Event» təşkilatçıları hazırda Azərbaycanda 98 siyasi məhbus olduğunu və azadlıqda olan fəalların da həbs təhlükəsi ilə üzləşdiklərini bildirirlər. Təşkilatçıların fikrincə, Azərbaycan vətəndaşları «Əsrin müqaviləsi»nin 20-ci ildönümündə bp-dən tələb etməlidir ki, Əliyev rejimini siyasi məhbusları azad etməyə çağırsın:

«Hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Rəsul Cəfərov və İntiqam Əliyevlə bağlı məsələni qaldırsın, heç bir hüquq müdafiəçisinin bir daha həbs olunmayacağına zəmanət alsın. 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına sponsorluğu dayandırsın».

XS
SM
MD
LG