Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:36

Obama Azərbaycanın adını hallandırdı, Bakı cavab verdi (video)


Obama: Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Obama: Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır

-

AzadlıqRadiosunun arxivindən. Yazı ötən il sentyabrın 24-də dərc edilib.

“Rusiyadan tutumuş Çinə və Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir,” deyə prezident Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində bəyan edib.

Amerikanın Səsi Ağ Evin veb səhifəsinə istinadən bildirir ki, vətəndaş cəmiyyətinin inkişafına həsr olunmuş çıxışda ABŞ lideri avtoritar cəmiyyətlərdə müxalif fikir daşıyan insanların, fəalların məqsədyönlü şəkildə hədəf alındığını bildirib. Onun sözlərinə görə bu növ basqılarla rejimlər cəmiyyətin inkişafının qarşısını alır, onları azadlıqdan məhrum edir, və insanların rifahına əngəl olurlar.

"DEMOKRATİYANI GÜCLƏNDİRMƏK ÜÇÜN DAHA GÜCLÜ KAMPANİYAYA EHTİYAC VAR"

Həbs olunan ictimai fəalların dərhal azadlığa buraxılmasına səsləyən prezident Obama vətəndaş cəmiyyətinə basqıları demokratiyaya hücum kimi dəyərləndirib. “Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var,” deyə o bildirib.

İnsan haqları və demokratiyanın ABŞ milli maraqlarının təməl prinsipləri olduğunu vurğulayan prezident Obama yalnız bu prinsipə hörmət edən ölkələrin ABŞ-la yaxın münasibətlər saxlaya biləcəyini deyib.

“O ölkələr ki, insan haqlarına – təşkilatlanma azadlıqlarına hörmət edirlər – onlar bizim ən yaxın tərəfdaşlarımız olurlar. Bu, təsadüf deyil. Eyni zamanda o ölkələrdə ki, bu haqlar tapdanır, o cəmiyyətlərdə hiddət və ədalətsizlik hissi alovlanır ki, bu da sonda qeyri-sabitliyə yaxud ekstremizmə gətirib çıxara bilər. Odur ki, mən inanıram ki, Amerikanın vətəndaş cəmiyyətinə dəstəyi milli təhlükəsizlik məsələsidir."

ƏN ŞİDDƏTLİ BASQILAR

​Son aylarda Azərbaycan vətəndaş cəmiyyətinə qarşı hücumlar vüsət alıb. Həbs olunanlar sırasında görkəmli hüquq müdafiəçiləri Leyla və Arif Yunus, habelə sivil cəmiyyət fəalları Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev və onlarla başqaları yer alıb. Beynəlxalq hüquq təşklilatları və Avropa qurumları İlham Əliyev hökumətini qondarma ittihamlarla həbs edilən şəxsləri dərhal azadlığa buraxmağa çağırıb. Azərbaycan hökuməti bu çağırışlara məhəl qoymur.

David Kramer
David Kramer

Mötəbər Freedom House təşkilatının prezidenti

​ Azərbaycanda vüsət alan basqıları "ölkə müstəqillik qazanandan bəri ən şiddətli basqılar" kimi qiymətləndirib.

Azərbaycanda ictimai fəallar və müxalifət üzvləri əksər hallarda narkotik, silah gəzdirmək, xuliqanlıq, vergidən yayınma və siyasətə dəxli olmayan müxtəlif ittihamlarla həbs olunurlar.

BAKI OBAMAYA BELƏ CAVAB VERİR

Azərbaycan Prezident administrasiyası İctimai-siyasi məsələlər şöbsinin müdiri Əli Həsənov ABŞ prezidentinin tənqidlərinin obyektiv olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ prezidentinə doğru məlumat vermirlər.

XS
SM
MD
LG