Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:41

AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı 3 məsələ olacaq


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya müsahibəsində deyir ki, AŞPA-nın sentyabrın 29-da başlanan sessiyasında Azərbaycanla bağlı bir neçə məsələnin müzakirəsi nəzərdə tutulub. Bunlardan biri sessiyanın ilk günündə plenar iclasda Büronun sentyabrın 2-də Parisdə keçirilmiş iclasının təsdiq edilməsi ilə bağlıdır. Büro həmin iclasda Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”na dair məruzənin hazırlanması haqqında qərar qəbul edib. Büro iclasının protokolunun təsdiq edilməsi bizim üçün məhz bu səbəbdən xüsusi əhəmiyyət kəsb edir. Digər bir məsələ Sosial Məsələlər Komitəsində Sərsəng su anbarı ilə bağlı məruzəçinin məlumat qeydlərinin dinlənilməsidir. Üçüncü məsələ isə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində müzakirələrin keçirilməsi ilə bağlıdır.

Elxan Süleymanov
Elxan Süleymanov

Plenar iclasda Büronun qərarı təsdiq edilərsə, oktyabrın 1-də Siyasi Məsələlər Komitəsində kim məruzəçi təyin oluna bilər?

– Bu çox qəliz sualdır. Ancaq birmənalı olaraq deyə bilərəm ki, Azərbaycan əleyhinə olan qüvvələr və Ermənistanda dövlət səviyyəsində Avropa Şurasına üzv dövlətlərin deputatları ilə aparılan böyük işin nəticəsində şübhəsiz ki, onlar çalışacaqlar ki, məruzəçi Ermənistanın maraqlarına uyğun, başdansovdu bir məruzə hazırlayan şəxs olsun. Bu məruzə eyni zamanda böyük dövlətlərin və beynəlxalq təşkilatların strategiyasına uyğun olaraq 17 ildən artıq beynəlxalq ictimaiyyəti aldadan fəaliyyətsiz Minsk Qrupunun xəttini davam etdirsin. Ancaq biz məruzəçinin obyektiv insan olacağına ümid bəsləyirik.

Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair müzakirələrlə bağlı mövqeyinizi bilmək istərdik.

- Mənim insan hüquqlarının vəziyyətinə dair müzakirələrlə bağlı birmənalı mövqeyim var. Bu mövqenin formalaşmasına uzun illər ərzində AŞPA və digər beynəlxalq təşkilatlarda apardığım müşahidələr xüsusi təsir göstərib.

Birinci müşahidəm ondan ibarətdir ki, Azərbaycan dövləti bu və ya digər məsələ ilə bağlı müstəqil mövqe nümayiş etdirən kimi bir çox beynəlxalq QHT-lər və beynəlxalq hökumətlərarası təşkilatların qurumları, o cümlədən Avropa Parlamenti və AŞPA sinxron olaraq ölkədə insan hüquqlarının pozulmasından, müxalifət və QHT nümayəndələrinin, jurnalistlərin, fəalların və s. həbs edilməsindən ciddi narahatlıq keçirmələri barədə iddialar qaldırırlar, sənədlər qəbul edirlər və heç bir sübut ortaya qoymadan bu sənədlərdə həbs edilənlərə qarşı saxta ittihamlar irəli sürüldüyünü iddia edirlər, onları siyasi məhbuslar adlandıraraq qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

...İkinci müşahidəm Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsinin gündəliyə gətirilməsi ilə bağlıdır. Azərbaycan tərəfi ölkəmiz üçün prioritet problem olan işğal məsələsinin gündəliyə gətirilməsində aktivlik göstərən kimi dərhal Azərbaycanda insan hüquqlarının vəziyyətinin ciddi şəkildə pisləşdiyini iddia edən kampaniyalara start verilir. Mən əminəm ki, bu dəfə də belədir.

XS
SM
MD
LG