Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:57

Sakharov mükafatının kimə verilməsi üstə mübahisə düşüb


-

Avropa Parlamenti düşüncə azadlığı üzrə Sakharov mükafatının qalibinin elan olunmasını oktyabrın 21-nə kimi təxirə saldı.

Parlamentin sədri Martin Schulz deyib ki, bu, siyasi motivlərlə yox, inzibati səbəblərlə bağlıdır. Ancaq parlament üzvləri bildirirlər ki, keçən ildən fərqli olaraq bu dəfə mükafatı kimə verməkdə fikir ayrılığı yaranıb.

Avropa Parlamentində «yaşıllar» və sağ-mərkəzçi deputatlar Sakharov mükafatının Ukraynanın «Avromaydan» hərəkatına verilməsini istəyiblər. Ancaq sosial demokratlar, liberallar, ifrat sollar və ifrat sağlar bunun əleyhinə çıxıb.

Avropada bir sıra ifrat sağlar və ifrat sollar Rusiya prezidenti Putin-i dəstəkləyir.

Sakharov mükafatına bu ilki namizədlər – azərbaycanlı insan haqları müdafiəçisi Leyla Yunus, Ukraynanın «Avromaydan»ı və konqolu həkim Denis Mukwege-dir.

Denis Mukwege-nin xəstəxanası kütləvi zorlamaların minlərlə qurbanına yardım göstərib.

Avropa Parlamentinin Sakharov mükafatı 50 min avrodur.

XS
SM
MD
LG