Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:30

15 nəfəri dolandıran torpaq necə əldən çıxdı...


Arxiv fotosu
Arxiv fotosu

-

“İşim həll olunmasa, özümü yandıracam”. Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Lerik rayon sakini Eldəniz Quliyev deyib.

Onun sözlərinə görə, 60 sot torpağını yerli icra hakimiyyəti əlindıən alıb:

Eldəniz Quliyev dövlət qurumlarından kömək istəyir. Deyir, qanuni sənədi olan həyətyanı sahəsini Lerikin icra başçısı Rövşən Bağırov əlindən alıb:

“Torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya verilmədi".

Şikayətçi bildirir ki, dəfələrlə şikayət etsə də məsələ müsbət həllini tapmayıb.

"Əksinə, hüquqlarımı tələb edəndə hədələdilər ki, heç yerə şikayət yazmayım. 75 yaşlı anamı da təhqir elədilər”.

Şikayətçi həmçinin ailəsinin ağır keçən həyatından danışır:

“Ailəmizin 15 üzvü var. Ümidimiz o torpaq sahəsinə idi. Əkinimizi viran, bizi müflis etdilər. Torpağımızı tələb etdiyimizə görə qardaşımı şərləyib həbsə atdılar".

Eldəniz Quliyevin sözlərinə görə, torpaq sahəsində əkdikləri taxılı da məhv ediblər:

"Dedilər, prezidentin sərəncamı var, biz bu ərazini götürməliyik. Ancaq heç bir kompensasiya ödəmirlər".

Lerik rayon icra hakimiyyətindən isə bildiriblər ki, Eldəniz Quliyevə məxsus torpaq sahəsi dövlət kayihəsinə düşüb. Ərazidən yüksək gərginlikli elektrik xətləri çəkilməsi planlaşdırılır. Torpaq sahibi isə təklif olunan kompensasiya ilə razılaşmır, əmlakın dəyərindən qat-qat artıq məbləğ tələb edir.

Hüquqşünas Namizəd Səfərov bildirib ki, bu məsələlər mütləq hüquq müstəvisində həll olunmalıdır:

Məhkəmə qərarı olmadan heç kəsin torpağını əlindən almaq olmaz. Əmlak toxunulmazdır. Hətta dövlət layihələri olanda da torpaq sahibi kompensasiya ilə razılaşmazsa, bunu məhkəmə ilə həll etmək lazımdır. Mhəkəmə qərarı olmadan kiminsə torpağına ayaq basmaq qanunsuzluq və özbaşınalıqdır".

XS
SM
MD
LG