Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:24

Kafelləri gömrükdə saxlanan sahibkarlar məhkəmə yollarında qalıblar...


Astara gömrüyü
Astara gömrüyü

-

Gözlə

No media source currently available

0:00 0:04:39 0:00
Direct-ə keçid

Astara gömrüyündə İrandan kafel gətirərkən saxlanan yük maşınlarının sayı artır. Həmin maşınlar Astara terminalının həyətində gözləyir. Gömrükdə saxlanan 07 BD 136 dövlət nömrə nişanı olan «Kamaz» markalı yük maşının sürücüsü Vidadi Abbasovun deyir ki, burda artıq 8 aydır kafellə dolu başqa yük maşını da var. Həmin maşının nömrəsi isə onun deməsinə görə belədir: 07 BA 573. Həmin maşının taleyi ilə bağlı bir qədər sonra.

Vidadi Abbasov deyir ki, onun yük maşını gömrükdə ötən aydan saxlanır:

«SƏBƏBİ, BUGÜNƏDƏK BİLMİRƏM?»

«Mən sentyabrın 7-də maşınıma «Ulduz» MMC-nin yükünü vurmuşam. Astara gömrük məntəqəsində məni saxladılar. Səbəbi, günə qədər bilmirəm?»

Sürücünün dediyinə görə boş keçən günlərlə bağlı sahibkarla danışıq aparmayıb. Buna görə də iki aya yaxındır ki, qazancı yoxdur. Vidadi Abbasovun sözlərinə görə, bu vəziyyətlə bağlı müraciət etmədiyi yer qalmayıb:

«AZƏRBAYCAN ASTARXANDA BAĞÇA TİKİR, MƏN BURDA ACINDAN ÖLÜRƏM»

Aydın Əliyev
Aydın Əliyev

«Dəfələrlə hörmətli prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova müraciət eləmişəm. Dövlət Gömrük Komitəsinə, şəxsən Aydın Əliyevə müraciət etmişəm. Bugün ayın 23-dür. Ayın 26-da məhərrəmlik girir. Mənim 3 xəstə nəvəm var. Azərbaycan Rusiyanın Astarxan şəhərində bağça tikir. Mən burda acından ölürəm. Mənim kimiləri çoxdur, saymaqla qurtarmaz».

«HEÇ OLMASA NƏVƏLƏRİMİ BÖYÜDÜM...»

Vidadi Abbasovun deməsinə görə işlətdiyi maşın köhnədir. Təmiri böyük xərc istəyir. Yük altında çox qalanda problemlər yaranır:

«Rusdan qalan köhnə «Kamaz» maşındır. 1983-cü ildə buraxılıb. Bu günədək o köhnə maşınla yollardayam, gecələr maşında yatıram, bu yaşda. Buna da razıyam. Heç olmasa buna imkan versinlər. Heç olmasa nəvələrimi böyüdüm. Heç kim heç yerdə işləmir. 9 baş ailənin başçısıyam».

O deyir ki, gömrükdə səbəbsiz saxlanan 4 yük maşını haqqında məlumatı var.

«4 maşındır hal-hazırda. Bilmirəm bu işlərin axırı nə olacaq».

«Ulduz» firmasının rəhbəri Mədət Pənahov deyir ki, hər dəfə yük maşınlarını heç bir səbəb olmadan Astara gömrüyündə saxlayırlar. Onun sözlərinə görə, gömrük işçiləri yük maşınlarının birini buraxıb:

«DEYİR BİZƏ HESAB VERMƏSƏ BURAXMAYACAĞIQ»

«Gömrük qeydiyyatdan keçirib, buraxıb. Gömrüyün içində monopolistin biri var, sürücülərdən sənədləri alıb vermir. Deyir bizə hesab verməsə buraxmayacağıq. Vergi olan yerdə, gömrük olan yerdə hesab verərlər?»

Sahibkarın dediyinə görə işə qanunsuz müdaxilələr, maneələr çoxdur:

«BİZ MÜBARİZƏ APARMAĞA ADƏT ELƏMİŞİK»

«Biz maneələrlə mübarizə aparmağa adət eləmişik. Sovet hökumətinin dövründə aparmışam, bu gün də belədir».

Mədət Pənahov yada salır ki, Astara gömrüyündə saxlanan yük maşınlarla bağlı məhkəmələrdə iş gedir:

«3 maşınım var Astarada. Bir maşını Bakı yolunda saxlayıblar, sənədini burda vermirlər. Bunları vermişəm məhkəməyə».

«NƏ QƏBAHƏT ETMİŞƏM Kİ?»

«Arçun» kiçik müəssisəsinə məxsus kafel dolu yük maşını da artıq 8 aydır ki, Astara gömrüyündə saxlanır. Müəssisənin direktoru Yunus Orucov da bununla bağlı məhkəməyə müraciət edib. İki instansiya məhkəməsi gömrüyün xeyrinə qərar çıxardıb. Yunus Orucov deyir ki, indi Ali məhkəməyə hazırlaşır:

«İndi Ali məhkəməyə verəcəyəm. Bunlar gömrüyə zidd qərar çıxarda bilmirlər. Mən nə qəbahət edirəm ki? Mən burda prezidentin fərmanına, bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq mal gətirmişəm. Dövlətin də büdcəsinə pul verirəm ki, malımı çıxardıb satım. Dövlətin də rüsumu verilib. Mənim günahım nədir burda? Bu qanunsuz iş deyil. Maldır, gətirirəm, satıram. Nə qəbahət etmişəm ki?»

Sahibkarın sözlərinə görə yükün bütün sənədləri düzdür və ekspertiza da bunu təsdiq edir. Lakin məhkəmə düzgün qərar çıxrtmaqdan qorxur. Onun sözlərinə görə, Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 29-da Lerikdə şikayətçiləri qəbul edərkən orda olub. Komitə sədrindən ona kömək etməsini xahiş edib. Şikayətdən sonra Astara gömrüyündən ona zəng ediblər, ancaq yenə danışıqlar alınmayıb.

Dəfələrlə Gömrük Komitəsinin Çağrı mərkəzinin 192 telefon nömrəsinə zəng etsək də oradan hər hansı cavab ala bilmədik.

Halbuki, bir müddət öncə «Arçun» kiçik müəssisəsinin mallarının saxlanması ilə bağlı Çağrı mərkəzi ilə danışa bilmişdik. O vaxt komutənin Çağrı mərkəzindən bizə bildirmişdilər ki, həmin məsələ araşdırılcaq.

XS
SM
MD
LG