Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:39

Leyla Yunusun Nobel mükafatına namizədliyi irəli sürülüb


Leyla Yunus, hüquq müdafiəçisi
Leyla Yunus, hüquq müdafiəçisi

-

Qadın Hüquqları Müdafiəçiləri Beynəlxalq Koalisiyası azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusun namizədliyini 2015-ci il Nobel Sülh Mükafatına sürdüyünü elan edir.

Qurum Yunusun Azərbaycanın tanınmış qadın hüquq müdafiəçisi olduğunu, sülh təşəbbüsləri, siyasi məhbuslar, işgəncə və korrupsiya ilə mübarizə, mülkiyyət hüquqlarının qorunması layihələrini həyata keçirdiyini vurğulayır. Bəyanatda deyilir ki, Leyla Yunus insan haqlarına sadiqliyinin bədəlini ağır cəzayla ödəyir, casusluq və digər ittihamlarla üzləşib.

“Məncə, Leylanı fərqləndirən onun cəsarətidir. Saxlanma şəraitinə baxmayaraq, o, eyni şəraitdə saxlanan digər siyasi məhbusların hüquqlarını qorumaqdadır,” bunu Rutgers Universitetində Qadınların Qlobal Liderliyi Mərkəzinin yaradıcısı Charlotte Bunch deyib. Yunusun namizədliyini məhz o, irəli sürüb.

“Bu mükafata namizədliyin verilməsi böyük şərəfdir və Leyla Yunusu əmin edəcək ki, beynəlxalq ictimaiyyət onun durumunu yaxından izləyir. Bilirəm ki, bu, ona ümid verəcək,” Bunch bildirib.

Qadın Hüquqları Müdafiəçiləri Beynəlxalq Koalisiyası Azərbaycan hakimiyyətinin Leyla Yunus və əri Arif Yunusu, eləcə də digər qanunsuz həbs olunanları dərhal azad etməyə çağırır.

Koalisiyaya insan haqlarını müdafiə edən 28 təşkilat daxildir.

XS
SM
MD
LG