Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:01

Qarabağda erməni helikopteri vurulub [Video]


Erməni helikopteri belə vuruldu
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Erməni helikopteri belə vuruldu

-

Noyabrın 12-də Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin Mi-24 tipli helikopterini məhv edib. 3 pilot ölüb.

Yazı yenilənir. Ən son xəbərlər mətnin əvvəllindədir.

YEREVAN BAKINI HƏDƏLƏDİ

Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin sözçüsü David Babayan AzadlıqRadiosunun erməni xidmətinə vurulan helikopterdə 3 ekipaj üzvünün öldüyünü təsdiqləyib. O qeyd edib ki, vurulan helikopter hərbi əməliyyat keçirmirmiş:

«Helikopter vurularaq neytral əraziyə düşüb. Baş verən insident Azərbaycanın əsl simasını göstərdi. Bu, təlim-məşğələ uçuşu idi. Helikopter heç bir silahla təchiz olunmadığından qarşı tərəf üçün təhlükə törətmirdi».

Ermənistan müdafiə nazirinin sözçüsü Artsrun Hovannisian isə öz facebook səhifəsində bu insidentə görə Azərbaycanı hədələyib:

«Görünməmiş bu provokasiyanın nəticələri Azərbaycan tərəfi üçün çox ağır olacaq. Bunun məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərindədir».

ATƏT NARAHATDIR

«Dağlıq Qarabağda erməni hərbi helikopteri vurulub. Bu, münaqişənin kəskin qızışması riski yaradır».

Bunu ATƏT-in baş katibi Lamberto Zannier Brüsseldə Avropa Parlamentinin Xarici əlaqələr komitəsində dinləmədə deyib.

Foto Azərbaycan Müdafiə Nazirliyinə məxsusdur.
Foto Azərbaycan Müdafiə Nazirliyinə məxsusdur.

VERTOLYOTU VURAN MÜKAFATLANDIRILDI

Müdafiə naziri Zakir Həsənov helikopteri vuran Azərbaycan ordusunun hərbçisi İlkin Muradovu «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı və qiymətli hədiyyə ilə mükafatlandırıb.

Manqa komandiri olan İlkin Muradov Azərbaycan ordusunda müddətdən artıq xidmət edir.

3 ERMƏNİ PİLOTU ÖLÜB

Qondarma Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələrinin yaydığı məlumatda helikopterin vurulduğu təsdiqlənir. Lakin onun Azərbaycan Silahlı Qüvvələrinə hücum etmədiyi bildirilir:

«Noyabrın 12-də helikopter təmas xəttinə yaxın ərazidə təlim keçib. Bu vaxt Azərbaycan Silahlı Qüvvələri atəş açıb, helikopter vurulub. Helikopter Azərbaycan tərəfə hücum etməyib».

İlkin məlumata görə, vurulan helikopterdə olan 3 hərbi qulluqçu ölüb.

Sovet istehsalı olan MI-24 ilk hücum helikopterlərindən biridir. Onu «Uçan tank» və «Timsah» da adlandırırlar. Helikopter Sovet Hərbi Hava Qüvvələrinə 1972-ci ildə daxil olub.

«AZƏRBAYCANIN MÖVQELƏRİNƏ HÜCUM EDİB»

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan təriəfinin helikopterini vurub. Bu barədə nazirlik məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı erməni hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən Ermənistan hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə Azərbaycanın mövqelərinə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycanın mövqelərinə hücum edib. Həmin helikopter vurulub.

Nazirlik bildirir ki, vurulan helikopterin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

XS
SM
MD
LG