Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:55

Azərbaycan və İran Birgə Bəyannaməyə imza atdı


İlham Əliyev və Hassan Rohani
İlham Əliyev və Hassan Rohani

-
Noyabrın 12-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Hassan Rohani arasındakı danışıqların nəticəsi olaraq Birgə Bəyannamə qəbul edilib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında "Birgə Bəyannamə” 6 hissədən ibarətdir. Bəyannamədə beynəlxalq və regional məsələlərlə bağlı, regionda sülhün və sabitliyin qorunması məqsədilə qarşılıqlı əməkdaşlıqdan söhbət açılıb.

Tərəflər bəyannamədə İran İslam respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəklədiklərini, universal və regional təşkilat və forumlarda qarşılıqlı fəaliyyəti möhkəmləndirməyi,mədəniyyətlərarası diqaloq təşəbbüslərinə fəal dəstək verdiklərini, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini, iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye, energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını vurğulayıblar.

Azərbaycan və İran arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə enerji layihələrinin həyata keçirilməsi üçün əlavə səylər göstərəcəyi bildirilib.

Bəyannamədə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlər arasında birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər 2014-cü ilin sentyabr ayının 29-da Həştərxanda baş tutmuş Xəzər zirvə toplantısının nəticələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

İki ölkə arasında mədəniyyət və incəsənət, elm və səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə səy göstəriləcəyi də bəyannamədə vurğulanıb.

Hazırkı Bəyannamənin iki ölkə arasında etimadın və hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə edilib.

XS
SM
MD
LG