Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:24

Londonda siyasi məhbuslar üçün yüz şam yandırıldı


Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbiylə Polşada aksiya keçirilib. 2014-cü il
Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbiylə Polşada aksiya keçirilib. 2014-cü il

-

Noyabrın 17-də Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirlikləri qarşısında ölkədəki siyasi məhbuslara azadlıq tələbiylə aksiyalar keçirilib.

LONDONDA AZƏRBAYCANLI MÜLKİ GEYİMLİ

Londondakı səfirlik qarşısında aksiyanı Platform (Platform - activism, education and the arts) və Index on Censorship təşkilatları keçirib. Bu barədə facebook səhifəsində Ramute Remezaite yazıb:

“Bu gün Londonda Azərbaycandakı yüz siyasi məhbus adına yüz şam yandırdıq. Dostlarım İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynov Anar Məmmədli də onların içindədir. Bu aksiyalar bütün Avropada təşkil olunur. Britaniya polisi əla davrandı – bizə “yaxşı etiraz aksiyası” arzuladı və səfirliyin bizi küçənin o tayına keçirmək xahişinə məhəl qoymadı. Belə bir etiraz HEÇ VAXT Bakıda baş tutmazdı – hamımızı həbs edərdilər. Və əlbəttə ki, kamerayla bir əcnəbi fotolarımızı çəkdi – bu, həmişəki kimi azərbaycanlıların işidir.”

3 KAMERA İŞLƏYİB

Adam Bodnar yazır ki, azərbaycanlılar onları iki kamera və Səfirliyin hasarı üzərində quraşdırılmış CCTV kamerası ilə çəkiblər.

Noyabrın 17-də Varşavadakı Azərbaycan səfirliyi qarşısında da oxşar aksiya keçirilib.

Helsińska Fundacja Praw Człowieka təşkilatından Adam Bodnar siyasi məhbusların adlarını bir-bir oxuyub, aksiya iştirakçıları onlara azadlıq tələb edib.

Contact.az saytı xəbər verir ki, noyabrın 17-də Azərbaycanın Belçikadakı səfirliyi qarşısında da piket keçirilib. Beynəlxalq qurumların təmsilçiləri siyasi məhbusların və həbs edilmiş hüquq müdafiəçilərinə azadlıq tələb ediblər. Etirazçılar həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin və başqalarının portretlərini qaldırıblar.

Hakimiyyət təmsilçiləri ölkədə “siyasi məhbus” olmadığını, konkret cinayətlərə görə tutulanların cəzalandırıldığını bildirir. Lakin özəlliklə son bir ildə əsasən hakimiyyət tənqidçilərinin həbsi bu saxlamaların siyasi motivli olması fikrini yaradıb.

XS
SM
MD
LG