Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:50

«Hacı Məmmədov məni Əsgər Ələkbərovla hədələyirdi»


Hacı Məmmədov və daha 26 nəfərin məhkəmə prosesi davam edir
Hacı Məmmədov və daha 26 nəfərin məhkəmə prosesi davam edir

Oktyabrın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəmə prosesi davam edib. İfadə verən DİN-in Baş Cinayət Axtarış İdarəsinin Daxili Təhlükəsizlik Şöbəsinin keçmiş rəisi Kamil Sədrəddinov Hacı Məmmədovdan himayədarlarının adlarını çəkməsini tələb edib. O, deyib ki, Hacı Məmmədov işə gəlib-getmədiyinə görə, ona xəbərdarlıq etdikdə Məmmədov onu sistemdən xaric etdirəcəyi ilə hədələyib. Kamil Sədrəddinov məhkəmədəki ifadəsində Hacı Məmmədova «məni kiminlə hədələdiyin adamın adını çək» - bildirib. Qarşı tərəfin cavab vermədiyini görən dövlət ittihamçısı eyni suallı Kamil Sədrəddinova ünvanlayanda o, bildirib ki, Hacı Məmmədov onu Daxili İşlər nazirini müavini Əsgər Ələkbərovla hədələyirdi.


Kamil Sədrəddinov ona qarşı irəli sürülən ittihamları əsasız sayıb. O, bildirib ki, istintaqın gedişində ona təzyiqlər edilirmiş ki, bu dəstəyə Baş prokuror Zakir Qaralov və Daxili İşlən naziri Ramil Usubovun rəhbərlik etməsi ilə bağlı ifadələr versin.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti sabiq şöbə müdiri Kamil Sədrəddinovun məhkəmədəki ifadəsinə münasibət bildirməyib. Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyib ki, həmin ifadələr məhkəmədə səsləndirildiyindən bu barədə danışmaq istəmirik.


Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər ötən ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirilib. Dəstə üzvləri bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir.


XS
SM
MD
LG