Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:41

«New York Times» Xədicənin həbsindən yazdı


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

«Azərbaycan yüksəkrütbəli rəsmiləri qəzəbləndirən müxbiri həbs edib». ABŞ-ın «New York Times» qəzetində çıxan məqalə belə adlanır. Yazıda deyilir:

«Dekabrın 5-də Bakı məhkəməsi prezident İlham Əliyevin ailəsinin biznes sövdələşmələri və insan haqları pozuntuları haqda yazıları ilə çoxdandır Azərbaycan hakimiyyətini qəzəbləndirən tanınmış jurnalistin həbsinə qərar verib...

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf xanım İsmayılın həbsini demokratiyaya artan təzyiqin bir hissəsi adlandırıb:

«Ümumiyyətlə, Azərbaycanda jurnalistlər də daxil, vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərdən dərindən narahatıq. Azərbaycan hökumətinin beynəlxalq öhdəliklərinə uyğun davranmamasından getdikcə daha çox narahatlıq duyuruq».

Dekabrın 4-də Azərbaycan hökuməti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 60 səhifəlik manifestini yayıb. Ramiz Mehdiyev Birləşmiş Ştatların müasir «müstəmləkəçiliyindən» şikayətlənib və AzadlıqRadiosu Azərbaycan xidmətinin əməkdaşlarını xəyanətdə ittiham edib.

O, X.İsmayılı ayrıca sezdirərək onu hakimiyyətə qarşı işləyən jurnalistlərin «ən yaxşı nümunəsi» adlandırıb:

«O, «dostları» olan həmkarları ilə birgə, «cidd-cəhdlə» çalışaraq antiazərbaycan verilişləri hazırlayır, cəfəng bəyanatlarla çıxış edir. İctimaiyyətin tanınmış nümayəndələrinə açıq-aşkar düşmən münasibət nümayiş etdirir, təhqiramiz məzmunlu yalanlar yayır»...

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Qərar Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.

XS
SM
MD
LG