Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:36

Vasif Talıbov: «Baytarlıq cəmiyyətin bütün üzvlərinin sağlamlığını qoruyur»


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov

-

«Şərq qapısı» 6 dekabr 2014

Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə yeni laboratoriya cihazları və süni mayalanma avadanlıqları təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir...

«Əgər səhiyyə xidməti cəmiyyətin xəstələnmiş üzvlərini əhatə edirsə, baytarlıq xidməti cəmiyyətin bütün üzvlərinin sağlamlığının qorunmasına xidmət edir. Çünki sağlam ərzaq məhsulları ilə təminat sağlam həyat tərzi deməkdir», – deyən Ali Məclisin Sədri muxtar respublikada baytarlıq xidmətinin təşkili sahəsində qarşıya qoyulan vəzifələrə nail olunduğunu bildirmiş, bir daha kollektivi təbrik etmişdir.

...Məlumat verilmişdir ki, baytarlıq laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 27 adda müxtəlif avadanlıq və 26 adda müxtəlif ləvazimat, süni mayalanma tədbirlərinin genişləndirilməsi üçün 15 ədəd yedəkli motosiklet, 32 ədəd süni mayalama çantası və 10 adda müxtəlif ləvazimatlar alınıb gətirilmişdir.

ÜRƏKLƏRDƏ YAŞAYAN DAHİ

...Heydər Əliyev adına tam orta məktəbin X sinif şagirdi Gülnur Mirzəyevanın inşasında oxuyuruq: «Xalqımızın ümummilli lideri Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Ulu öndərimiz Heydər Əliyev eyni zamanda taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndərimiz yaratmışdır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi şəxsiyyət Heydər Əliyevin zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndərimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Heydər Əliyev siyasəti xalqımıza daha xoş və xoşbəxt günlər gətirəcəkdir».

XS
SM
MD
LG