Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:09

Qazaxın Quşçu Ayrım kəndininə ayrılan milyonlar və bitməyən qayğılar...


Quşçu-Ayrım kəndi, Qazax
Quşçu-Ayrım kəndi, Qazax

-

Prezident İlham Əliyev bir neçə gün bundan öncə özünün ehtiyat fondundan Qazax-Quşçu Ayrım yolunun təmiri üçün 1,7 milyon manat pul ayırıb. Yada salaq ki, ötən il dövlət başçısı həmin yolun tikintisi üçün əvvəlcə 6,9 milyon, sonra isə iki milyon manat vəsait ayırmışdı.

Biz də yolumuzu Quşçu Ayrımdan salıb həm vətəndaşların buna münasibətini öyrənmək, həm də bu yolla bir daha tanış olmaq istədik.

Əslində Qazaxın sərhəd kəndlərində insanlar xüsusilə amilin üzərində dururlar: Təhlükəsiz yaşamaq və sosial qayğıların həlli.

Quşçu-Ayrımda söhbət etdiyimiz sakinlər hələ də əsas problemlərinin su və yol olduqlarını deyirlər. Bu problemlər də onların təhlükəsizlikləri ilə birbaşa bağlıdır. Sakinlər əsas magistral yolun Ermənistan ordusunun postlarının qarşısından keçdiyini və atışma olduqda oradan keçə bilmədiklərini deyirlər. Kənd sakinlər bildirirlər ki, atışma olduqda məcbur olub dağ yolu ilə hərəkət edirlər. O yola da maşınları tab gətirmir. Dəfələrlə aidiyyatı orqanlara bu problemi desələr də, heç bir nəticə olmur.

“BİR BELƏ PULUN QABAĞINDA GƏRƏK BU YOL BELƏ OLMAYAYDI”

Quşçu-Ayrım kənd sakini Çingiz Hacıyev:

Kənd sakinləri kilometrlərlə uzaq məsafədən eşşəklə su daşıyır
Kənd sakinləri kilometrlərlə uzaq məsafədən eşşəklə su daşıyır

“Həqiqəti desək, axır vaxtlar bizim ölkədə inkişaf göz qabağındadır. Məsələ burasındadır ki, görülən işlərin nəticəsi yaxşı deyil. Misal üçün, sağ olsun dövlətimiz gözəl məktəb tikdirib. Əhalinin müəyyən qədər hissəsi işlədi, heç olmasa, müəyyən qədər tələbatını, borcunu, xərcini qarşıladı. İndi prezidentimiz tərəfindən yola pul buraxılıb .

Amma görürsən, yolda nöqsanlar var. Bir belə pulun qabağında gərək bu yol belə olmayaydı. Su ötürücüsü, müəyyən xətlər çəkilmədi. Yolun aşağı hissəsi də ki, uçub gedir. Buna bir az nəzarət eləmək lazımdır. Pul ayrıldığı məqsədə tam istifadə olunmur. İndi bizim yol aşağıdan bəri gəlir, asfalt ermənilərin nəzarət etdiyi torpağından keçir. Biz istəyərdik ki, bizim yol öz torpağımızla, Fərəhli-Quşçu Ayrım yolu ilə - Odun dağından aşsın. Qarşı tərəfindən atəş olanda gediş-gəlişimiz xeyli çətinləşir.”

Su qıtlığı, çörək pulunun kəsilməsi və örüşlərin azlığı...

Çingiz Hacıyev deyir ki, əsas problemlərindən biri də su qıtlığıdır:

“Vaxtında bizə burda artezian qazdılar, heç bir nəticəsi olmadı. Texniki suvarma üçün xətt çəkmək istəyirdilər, o da heç bir nəticə vermədi. Özgə də örüş sahəmiz yox, mal saxlamağa da heç imkanımız yox. Presin biri 4 manatdır. Bizə dövlət tərəfindən verilən çörək pulu da kəsilib. Heç bir iş yeri yox. Adamların hamısı evsiz-eşiksiz... Adam var ki, qırx yaşı var, evlənməyə imkanı yoxdur. Ailə saxlamağa imkanı yoxdur. Heç bir torpaq sahəsi verilməyib. Beş-on hektar əkin yeri var, onu da bəzi “qüvvəli” adamlar əkirlər. Biz də kirimişcə qıraqda qalmışıq. Rayon mərkəzindən yolumuz uzaqdır , gedib-gələ, nəsə bir işlə məşğul ola bilmirik. ”

EŞŞƏKLƏ SU DAŞIYIRLAR...

Kənd sakinlərindən Ədalət Cəfərov isə kilometrlərlə gedib eşşəklə su daşıyırlar:

“Bunu burdakı camaatın hamısı bilir. Köməklik edirlər, buna kömək etsinlər. Yolumuzun vəziyyəti isə bərbaddır. Təzə çəkilmısinə baxmayaraq artıq yolun çox hissəsi dağılıb. Çəkiblər, heç bir il yoxdur sıradan çıxıb.”

Kənd sakinlərinin bütün bu şikayətlərinə münasibət öyrənmək üçün Qazax rayon İcra başçısının müavini Tahir Musayevlə görüşdük. O, deyilənlərdən xəbərsiz olduğunu, şikayətlərin araşdırılacağını bildirdi.

XS
SM
MD
LG