Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:53

Aktivist sevgiliyə pasifist məktub


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə

-

Rüfət Əhmədzadə

Aktivist sevgiliyə pasifist məktub

İndi dünya savaşı pulla gedir, əzizim,
Mujikləri səngərlə, tankla bir alt-üst edir
Dünya bazarında valyuta kursu….
Sənsə deyirsən ki,
əsgər getməmisən…
Gəlmirəm!
İndi nasist, nasionalist olmaq da lap gülüncdür…
Millətlərin taleyini “Nasdaq” müəyyən edir!
Bir iynə də istehsal eləməyən
ərəb səhrada bağ-bağatlı imarət tikdirir…
Sənsə deyirsən ki, kişi zəhmətkeş olmalıdır!
Hələ sənə özümüzkülərdən danışım bir az…
Şüşə göydələnlərin qara qızıl udub diş ağartması
Ölkəsinin neftii ilə öyünən fəhlələrə
Taleyin çörəkli təbəssümüdür.
Sənsə deyirsən ki, insanlar niyə barışırlar…
Savaşa çağırırsan…
Aha, indicə rəfiqən zəng edər,
Gedərsiniz bir “brend” olan yerə…
Geydirmə sendviçləri
Dartışdırıb solçuluq “tartışarsız”.
Hələ deyirsən ki, niyə partiyalardan birin seçmirsən…
Partiya da elə firma kimidir,
Xarici firmaların ümidinə qalıb yerli firmalar.
Həm də deyirsən, yerli mal alginən…
Yerli malım pomidordur, xiyardır….
Belədir ki, Rusyet gözəl diyardır.
Bakının ən bərkgedən məhləsi də…
Xəbərin var, yəqin… Xaraba qalıb!
Sovetskidən Masazıra köçən narkomanın kefi də sazdır…
Dozasını vaxtında qəbul edir… Hələ araba alıb!
Bir neçə əssik də tanıyıram ki,
Məhlənin ağzında bir dükan açıb,
Enlikürək kişilərin belini qırır orda.
Mənə fəlsəfədən danışma, nolar…
Sən tanıyan kişilər…
Freydlər, hegellər, kantlar, nitsşelər…
Atırlar kantovkaya, nakişi çıxır burda!

rufatahmad.wordpress.com

XS
SM
MD
LG