Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:30
"Sovetski"dəki məktəbdə seçki "karusel"i
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

«Sovetski»dəki məktəbdə seçki «karusel»i

Azərbaycanda 4-cü bələdiyyə seçkiləri dəqiqəbədəqiqə

23 dekabr seçkilərində 15 min 35 üzv seçilməlidir. Ölkənin 118 seçki dairəsindən 1607 bələdiyyəyə seçki aparılır.

37 min nəfərin iddialı olduğu seçkilərdə ən çox namizəd hakim Yeni Azərbaycan Partiyasından qeydə alınıb – azı 13 min 400 namizəd. Ana Vətən Partiyasından – 159, Vətəndaş Həmrəyliyi Partiyasından – 105, Böyük Quruluş Partiyasından –86, Demokratik İslahatlar Partiyasından – 55, Ümid Partiyasından –50, Milli Dirçəliş Hərəkatı Partiyasından – 27, Sosial Demokrat Partiyasından – 21 namizəd var.

Namizədlər arasında bütövlükdə 30 partiyanın təmsilçisi yer alır.

Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb. İndiki seçki sayca dördüncüdür.

AzadlıqRadiosu səsvermənin gedişini canlı izləyir və xəbərləri daim yeniləyir. Canlı bloqun postları zaman ardıcıllığıyla yerləşdirilir. Ən son məlumat ən əvvəldə verilir. Bloqun sonundakı göy rəngli («davamı») düyməni basmaqla bloqu vərəqləmək olar.

Sizin də bələdiyyə seçkiləri zamanı qarşılaşdığınız seçki pozuntusu olarsa, çəkdiyiniz foto və videoları AzadlıqRadiosu ilə bölüşün.

WHATSAPP – (+994) 50 213 56 30

Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

E-poçtla - Görüntüləri elektron poçtla da göndərə bilərsən:efir@azadliqradiosu.az

20:04 23.12.2014

«Naxçıvanda heç kim bələdiyyə üzvü olmaq istəmir»

Adının açıqlanmasını istəməyən bələdiyyə üzvlüyünə namizəd belə deyir. Ətraflı burada

16:31 23.12.2014

Şamaxıda bəzi namizədlər seçkilərin gedişindən narazıdır

Şamaxıda yerli icra nümayəndəsi kütləvi şəkildə seçki pozuntularında iştirak edir. Bunu AzadlıqRadiosuna 85 saylı Şamaxı DSK-dan namizəd Əzizbaba Fətullayev deyib. Onun sözlərinə görə rayon mərkəzindən 30 kilometr aralıda yerləşən II Çaylı kəndində xəstələr üçün səyyar qutular aparılmır, qutulara kütləvi bülletenlər atılır:

«Təkcə bizim kənddə azı 40 xəstə və qoca var. Onlar seçkiyə gedə bilmir. Məntəqələrə deyirik ki, onlara səyyar qutu aparılsın səs versinlər. Bizə cavab verirlər ki, kənddə hava dumanlıdır və soyuqdur. Ona görə də evlərə qutu aparmayacaqlar».

Şamaxı 85 saylı DSK-dan isə bildirirlər ki, seçkilər öz axını ilə davam edir. Hər hansı pozuntu aşkarlanmayıb. Qanunvericiliyə uyğun olaraq məntəqəyə gələ bilməyənlərin səsverməsi təmin edilir, evlərə səyyar qutular aparılır. 85 saylı DSK-da 25 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 9 nəfəri bələdiyyəyə üzv seçiləcək.

16:00 23.12.2014

Məzahir Pənahov səsvermədə iştirak edib

MSK-nın sədri Məzahir Pənahov
MSK-nın sədri Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermədə iştirak edib. M. Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. MSK sədri bələdiyyə seçkilərinin baş tutduğunu deyib. O, guya bülletenlərin kütləvi halda qutuya salınması ilə bağlı sosial şəbəkədə yayılan videoadan da danışıb. MSK sədri kadrlarla bağlı araşdırma aparıldığını deyib.

«Pozuntularla əlaqədar hələlik komissiyaya heç bir müraciət daxil olmayıb», - deyə Məzahir Pənahov bildirib.

Davamı

XS
SM
MD
LG