Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:46

«Olaylar» və «Azadlıq» qəzetlərinin əməkdaşları Hacı Məmmədovun məhkəməsinə buraxılmayacaqlar


Hacı Məmmədovun işi üzrə məhkəmədə hakim iki qəzetin prosesə buraxılmaması barədə qərar çıxarıb. Dövlət ittihamçısı «Olaylar» qəzetini məhkəmə prosesinin bütün stenoqramını verdiyinə, «Azadlıq» qəzetini isə ittiham olunanların ünvanına «qanqster» ifadəsi işlətdiyinə görə cəzalandırmağı tələb edib. Hakim də həmin nəşrlərin əməkdaşlarının prosesə buraxılmamasını qərara alıb.


Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onunla əlbir olduğu deyilən daha 26 nəfər çoxsaylı qətllər və adam oğurluğunda ittiham edilir. Dövlət ittihamçısı hesab edir ki, bu prosesin detallarına qədər stenoqramının çap edilməsi iş üzrə ifadə verən şahidlərin öz ifadələrini əvvəlcədən planlaşdırmasına şərait yaradır. Haqqında məhkəmənin hökmü olmayan şəxslər barədə isə «qanqster» ifadəsinin işlədilməsi qanunvericiliklə yolverilməz hesab edilir. Amma bu iş üzrə ittiham edilən şəxslərdən birinin DİN-in İstintaq İdarəsinin keçmiş rəisi, polis generalı Zakir Nəsirovun vəkili Adil İsmayılov deyir ki, iki qəzetin jurnalistinin məhkəmədən uzaqlaşdırılması prosesin qapalı keçirilməsi cəhdi kimi izah edilə bilər: «Bir neçə prosesdən sonra digər qəzetləri də məhkəməyə buraxmayacaqlarsa, onda prosesin işıqlandırılmasının qarşısını alırlar».


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu il iyulun 24-də başlayan prosesdə hələlik təqsirləndirilən şəxslər dindirilir.
XS
SM
MD
LG