Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:35

Terrora məruz qalmış jurnal 1 milyon tirajla çıxacaq


-

Terrora məruz qalmış "Charlie Hebdo" jurnalının növbəti sayı gələn həftə çap ediləcək. Özü də 1 milyon tirajla.

Bu barədə Parisdəki qanlı terror olayından sağ çıxmış jurnalist və karikaturaçılar xəbər yayıblar.

Radikal islamçıların jurnal redaksiyasına hücumu nəticəsində 12 nəfər öldürülmüşdü. O cümlədən jurnalın bütün rəhbərliyi və bir sıra məşhur karikaturaçıları.

Növbəti nömrə həmişəkindən fərqli olaraq 16 yox, 8 səhifə olacaq, amma həmişəki kimi 60 min yox, 1 milyon tirajla buraxılacaq.

"Charlie Hebdo"nun sağ qalmış əməkdaşlarına hazırda "Liberasyon" qəzeti öz redaksiyasında sığınacaq verib.

Jurnalın nəşri və yayımına bir sıra fransız media orqanları, eləcə də "Mond" nəşriyyatı maliyyə dəstəyi verəcək.

Son günlər Fransa boyu jurnala dəstək aksiyaları keçirilib və insanlar küçə və meydanlara əllərində "Mən Şarliyəm" şüarları ilə çıxıblar.

Fransa - "Şarli Hebdo"ya dəstək aksiyası, Marsel, 10 yanvar
Fransa - "Şarli Hebdo"ya dəstək aksiyası, Marsel, 10 yanvar

XS
SM
MD
LG