Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:03

Almaniya dövlət başçıları İslamı dəstəkləyən yürüşə qatılır


_

MƏHƏMMƏD PEYĞƏMBƏRİN YENİ KARİKATURASI

Parisdə Charlie Hebdo həftəliyinin redaksiyasına silahlı hücumdan sonra jurnal yenə Məhəmməd peyğəmbərin yeni karikaturasını üz qabığına çıxarıb.

Yanvarın 14-ündə satışa çıxarılacaq buraxılışda gözündən yaş damlayan peyğəmbərin əlində jurnala dəstək verənlərin mitinqlərindəki plakat - “Je suis Charlie” – Mən Şarliyəm yazısı yer alır. Ancaq başının üstündədə – “Hər şey bağışlanandır” yazısı yerləşdirilib.

Gözlə

No media source currently available

0:00 0:06:00 0:00
Direct-ə keçid

Jurnal bəyan edib ki, bu dəfə adətən olduğu kimi 60 min yox, 3 milyon nüsxə çap olunacaq və müxtəlif dillərə tərcümə ediləcək.

Jurnalın vəkili bildirib ki, buraxılışda İslamın peyğəmbəri əsas diqqət mərkəzində olacaq, çünki bununla ekstremistlər qarşısında boyun əymədiklərini göstərmək istəyirlər.

TERROR QURBANLARININ DƏFNİNDƏ BİRLİK ÇAĞIRIŞLARI

Yanvarın 13-də isə jurnala hücum zamanı həlak olanlardan 7-sinin dəfn mərasimi olub.

Fransa prezidenti Francois Hollande 3 polisin dəfninə qatılıb. Onlardan ikisi jurnalın redaksiyasına hücum günü – yanvarın 7-də həlak olublar və biri müsəlmandır. Prezident deyib ki, bu hücum Fransada bu günə qədər var olan və ölkə konstitusiyasında, onun himnində yer alan dəyərləri, idealları dəyişdirə bilməz.

Eyni gündə Qüdsdə Paridə koşer mağazasına hücumda öldürülən yəhudlərin dəfn mərasimində isə Fransanın ekologiya naziri Segolene Royal deyib ki,

"Sizi əmin edirəm ki, Fransa hökuməti anti-semitizmin bütün formaları ilə mübarizə aparmaqda qərarlıdır. Məhz bu üzdən dövlətin rəhbəri bəyan edib ki, irqçilik və anti-semitizmlə mübarizə 2015-ci ildə bütün ölkədə milli məsələ olacaq".

7 YANVAR İSLAMAFOBLAR ÜÇÜN YENİ İMKAN?

İrqçilik və anti-semitizmlə mübarizə deyəndə istər Fransada, istərsə də Avropanın başqa yerlərində hərə öz istədiyini başa düşür.

Parisdəki Siyasi Araşdırmalar mərkəzindən Sylvain Brouard deyir ki, ölkənin Baş nazirinin bütün islamçı funadamentalistləri həbsxanalarda izolyasiyada saxlamaqla fikirlərini yaymalarının qarşısını alması və ya hüquq-mühafizə orqanlarına potensial şübhəliləri dindirməklə bağlı özəl səlahiyyətlər verməsi təklifi ABŞ-da 2001-ci ilin 11 sentyabr olaylarından sonrasını xatırladır.

Üstəlik, Fransada islamafobiya əvvəllər də olub, müxtəlif səviyyələrdə. Hətta son hücumda öldürülən karikaturçularından birinin və polis zabitinin də müsəlman olması faktının da qabardılmaması müəyyən bir əhvaldan xəbər verir.

SAĞÇILAR SEVİNİR, AMMA

Brouard deyir ki, ölkədə miqrantlara qarşı siyasət sərtləşsə, bundan təbii ki, Marie Le Penin ultra sağçıları faydalanacaqlar, ancaq başqa bir məsələ də var ki, bir çox Avropa ölkələrində olduğu kimi, elə Fransada da sağçıların-millətçilələrin seçkilərdəki uğuru seçici fəallığının az olmasıyla birbaşa bağlı olurdu.

Ancaq son baş verənlər cəmiyyətin özündə siyasi fəallığını artırıb, problemlərə baxışını dəyişib, və onlar milli birlik və bərabərlik ikimi ideyaları yenidən xatırlayıblar. Bu da seçkilərdə iştirak faizini artırmaqla radikalların hakimiyyətə gəlmək şanslarını azalda bilər.

ALMANİYADA ANTİ İSLAMÇILARIN PEGİDA-SI

Brouardın Fransa ilə bağlı söylədikləri qonşu Almaniyada daha gerçək şəkildə baş verməkdədir. Ötən ilin sonundan Almaniyanın bir çox şəhərlərində Vətənpərvər Avropalılar Avropanın İslamlaşmasına qarşı Hərəkat (PEGİDA) yaradıb hər bazar ertəsi şəhərlərdə mitinqlər keçirirdilər.Və bu cür mitinqləri elə də diqqətə alan yox idi.

Parisdə baş verən olaylardan istifadə edən PEGİDA yanvarın 12-dəki mitinqlərinə hər zamankından daha çox adam toplaya bildi, təkcə Drezdendə 25 minə yaxın adam gəlmələr və müsəlmanlar əleyhinə səslərini daha gur çıxardılar. Bu dəfə şüarların yanında Fransa bayrağı da olub.

PEGİDA-çıların keçirdikləri yürüşdə bu dəfə də əsas çıxışçılarlar Almaniyanın əsas problemlərindən biri kimi müsəlman mühacirləri göstərdilər.

Onlar deyir ki, bizim ölkədə baş verənlərlə bağlı səsimizi qaldırmaq haqqımız var – immiqrasiyadan, müharibələrdən, və onların nəticəsində Almaniya və Avropaya yeni qaçqınların gəlməsindən.

Bəziləri də iddia edir ki, şəxsən mən özümü Manhaymda gəlmə kimi hiss edirəm. və əsl gəlmələrin yerli almanlara qarşı kobud münasibətini hər gün görürəm.

PEGİDA ƏLEYHDARLARI DAHA GƏNCDİR

Ancaq PEGİDA-çıların yürüşlərinin qarşısını bu dəfə də onlardan saycaq çox olan əleyhdarları kəsib.

22 yaşlı Nico Schaedlich, deyir ki, “biz nifrətə qarşıyıq, və PEGİDA tərəfdarları qaçqınları xoşlamırlar. Ancaq, kiməsə yardım etməmək insanlığa sığmır. Və ona görə də, PEGİDA heç də humanist deyir.

Bir başqası isə deyir ki, PEGİDA nasist təşviqatıdır, vəssəlam.

İSLAMAFOB MİTİNQLƏR HİCABLILARI QORXUDUR

Maraqlıdır ki, PEGİDA hərəkatının aktiv olduğu şəhərlərdə, məsələn Drezdendə müsəlmanların sayı çox azdır. Məsələn, Drezdendə əhalinin ancaq 0.5 faizi müsəlmandır, bütöv Almaniya üzrə üzrə 5 faizlik göstəricidən 10 dəfə azdır.

Ancaq 18 ildir burada yaşayan Sayad Mahmood kimiləri özləri şəxsən olmasa da, bir çox tanışlarının, məsələn başı hicablı müsəlman qadınların bu millətçi çıxışlardan qorxub küçəyə çıxmadığını deyir.

ALMANİYA RƏHBƏRLİYİ BERLİNDƏ İSLAM YÜRÜŞÜNDƏ

Yanvarın 12-də PEGİDAçıların aksiyasından sonra Almaniya Baş kansleri Angela Merkelvə Prezident Joachim Gauck yanvarın 13-də Berlində müsəlmanların keçirdiyi yürüyüşə qatılmaq qərarını açıqlayıb. Merkel bildirib ki, “Almaniyadan İslamı qoparmaq olmaz”.

TÜRKİYƏ AVROPAYA XİLAS KİMİ ÖZÜNÜ TƏKLİF EDİR

Berlində olan Türkiyənin Baş naziri Ahmet Davutoglu isə Avropada baş verən son olayları ölkəsinə münasibətlə də bağlayıb. Deyib ki,


"Türkiyənin Avropa Birliyinə üzv olması dini barışığa, mədəniyyətlər arası sülhə böyük fayda verərdi və indi bu istiqamətə ehtiyac var. Ancaq əgər mütədil və mühafizəkar Türkiyəni Avropa Birliyinə məhz mədəniyyətlər fərqi üzündən üzv qəbu letməsəzbununla həm Avropada yaşayanlara, həm də mədəni və dini fərqliliklər üzündən qütblərə parçalanmaqda olan dünyaya çox neqativ çağırış olacaq".

XS
SM
MD
LG