Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:53

Lavrov:"ABŞ dünyaya hökmranlıq etmək istəyir"


Sergei Lavrov
Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, ABŞ dünyada hökmranlıq eləmək istəyir və Qərbə xəbərdarlıq edib ki, Rusiyanı təcrid etmək cəhdləri baş tutmayacaq.

O bunu Berlində Ukrayna böhranı ilə bağlı görüşə yola düşməzdən qabaq Moskvada keçirdiyi mətbuat konfransında deyib.

Lavroq həmçinin qeyd edib ki, Rusiya hər hansı bir yeni soyuq müharibə istəmir və buna yol verməyəcək.

Ukrayna böhranına gəldikdə isə o deyib ki, Moskva Ukraynanın suverenliyini dəstəkləyir və buböhranının həllində bütün mümkün imkanlara əl atacaq.

Amma O bu böhrana görə bir daha Kiyevlə Qərbi günahlandırırb.

Berlin Görüşdə Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri iştirak edirlər.

Məqsəd Ukraynanın Şərqində atəşkəs rejiminə əməl olunması və böhranı yoluna qoymaqdır.

XS
SM
MD
LG