Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:31

Yəhudilər Avropadan kütləvi köç edə bilərlər


Avropa Komissiyasının vise-prezidenti Frans Timmermans qitədə anti-semitizmin yüksəlişi ilə bağlı yəhuidiləri mühacirət etməməyə çağlırıb.

O deyib ki, İttifaq üzvü olan bir sıra ölkələrdəki yəhudilər Avropada gələcəklərinin olmasına şübhə edirlər.

Fransada “Charlie Hebdo” qətliamının ardınca yəhudilərin təhlükəsizliyinin artırılması üçün tədbirlər görülür.

Fransanın baş naziri Manuel Valls deyib ki, ölkədə təhlükəsizlik fəaliyyəti ilə bağlı 2680 yeni iş yeri yaradılacaq.

O bildirib ki, hazırda ölkədə 3 min nəfər daimi müşahidə altında saxlanır.

Yanvarın 9-da Parisin koşer supermarketində silahlı terrorçu tərəfindən 4 yəhudi qətlə yetirilmişdi.

Cənab Timmermans həmçinin sərnişin siyahıları mübadiləsinin sürətləndirilməsinə çağırıb.

Belə siyahılar Şengen viza zonasının 26 üzvü arasında həyata keçirilməlidir.

Müxbirlər bildirirlər ki, bəzi Avropa ölkələri belə mübadiləyə həvəssiz görünürlər, çünki onlar bu tədbirlə vətəndaş azadlıqlarının məhdudlaşdırılacağından narahatdırlar.

Britaniyada daxili işlər naziri Theresa May bildirib ki, yəhudi əhalisinin qorunması üçün bütün mümkün tədbirlər görülür.

XS
SM
MD
LG