Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:33

Prokuror jurnalist Seymur Həziyə 6 il həbs cəzası istəyib​


Azerbaijan -- Baku. journalist. Azadlig. Seymur Hazi
Azerbaijan -- Baku. journalist. Azadlig. Seymur Hazi

-

Yanvarın 22-də Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin məhkəməsi keçirilib.

Dövlət ittihamçısı ona 6 il həbs cəzası istəyib. Hakim qərarının məhkəmənin qarşıdakı iclaslarından birində elan etməlidir.

Bu barədə AzadlıqRadiosuna jurnalistin üzvü olduğu AXCP-dən məlumat verilib.

Seymur Həzi avqustun 29-da tutulub, xüliqanlıqda ittiham olunur.

Müdafiə tərəfi ittihamın siyasi sifariş olduğunu deyir.

Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin fəaliyyəti ilə bağlı olmadığını deyirlər.

Seymur Həzi “Azadlıq” qəzeti və Türkiyədən yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP-nin üzvüdür.

XS
SM
MD
LG