Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:50

Azərbaycanda əlil uşaqların sayı kəskin artıb


Arxiv fotosu
Arxiv fotosu

.

Gözlə

No media source currently available

0:00 0:03:34 0:00
Direct-ə keçid

Azərbaycanda hər il təxminən 8 min uşaq əlil kimi qeydə alınır. Ümumilikdə, ölkə üzrə əlliliyi olanların 12 faizi – təxminən 63 min nəfəri uşaqlardır.

Jalə Şirinova belə uşaqlardan birinin anasıdır. İndi qızının 10 yaşı var. Qızına ilk diaqnoz qoyulanda 6 ay idi övladını qucağına almışdı. Jalə Şirinovanı övladının xəstəliyindən çox maddi durumu sıxır. Deyir ki, imkansızlıqdan qızının müalicələrini davam etdirə bilmir. Dövlət əliliyə görə aya 67 manat təqaüd verir.

13 YAŞA QƏDƏR ƏLİL UŞAQLARIN SAYI ARTIB…

Əlil - anadangəlmə, xəstəlik və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.

Azərbaycanda ümumilikdə təxminən 520 min əlil var. Bu 2013-cü ilin göstəriciləridir. Dövlət Statistika Komitəsi hələlik 2014-cü illə bağlı göstəriciləri rəsmi internet səhifəsində yerləşdirməyib.

Statistik məlumatlar arasında bir rəqəm xüsusi diqqət çəkir. 13 yaşa qədər olan uşaqlar arasında əlil kimi qeydə alınanların sayı son illər təxminən yarıbayarı artıb. Beləki, 2010-cu ildə bir ilə 4 min 800 uşaq qeydə alınırdısa, 2013-cü ildə bu göstərici 7 min 400 nəfərə çatıb.

REAL GÖSTƏRİCİ RƏSMİ STATİSTİKADAN DAHA ÇOXDUR…

Tibbi ekspert Adil Qeybulla deyir ki, göstəricinin artmasının bir neçə səbəbləri ola bilər. O, söhbətə 20 il öncə Azərbaycanda aparılan bir tədqiqatdan başlayır. Deyir ki, o vaxt Azərbaycanda hamilə qadınların ultra səslə müayinəsi (USM) aparıldı və müəyyən edildi ki, ölkədə hələ ana bətnindəkən uşaqlar dayaq-hərəkət sisteminin potogiyası probleminə meyilldir:

“Dayaq-hərəkət problemi ilə doğulanlar bir çox ölkələrdə əlil kimi qeydə alınır. Amma Azərbaycanda çox az halda belə problemləri olanlar əlil kimi qeydiyyatdan keçirlər. Azərbaycanda yalnız ciddi fiziki və ya əqli problemləri olanlar qeydiyyatdan keçirlər. Bu o deməkdir ki, əslində Azərbaycanda əlil uşaqların sayı rəsmi statistikadan qat-qat yüksəkdir”.

Adil Qeybullanın fikirincə, Azərbaycanda uşaqların əlilliyinə erkən nikah, qan qohumluğu təsir edir:

“Başqa bir səbəb fizioloji normal hamimləlikdir. Son müşahidələr göstərir ki, nadir hallarda hamimiləlik tam normal keçir. Əksər hamimləliklərdə müəyyən problemlər olur. Ona görə də ağır hamimləliyin və doğuşların, ana və uşaq ölümlərinin sayı artır. Bu təkcə həkimin səhv diaqnozu və ya müalicəsi ilə bağlı deyil. Məsələnin kökündə, hamiləliyin düzgün planlaşdırılmaması durur”.

GENOFODA TƏHLÜKƏ…

Adil Qeybula bura müxəlif infeksiyaların, ekologiyanın, qidalanmanın da təsir etdiyini bildirir. Amma əlavə edir ki, bütün bunlar tibbi ehtimallardır. Əlavə edir ki, bu Milli Genofod problemi olduğundan adiyyatı qurumlar bu məsələyə ciddi yanaşmalı və problemin kökünü araşdırıb, həlli yollarını axtarmalıdır.

Milli Məclisinin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin iclaslarından birində bu məsələyə toxunub. Bildirib ki, hökumət bu problemin üzərində ciddi çalışır. Azərbaycanda “Əlilliyin qarşısının alınması haqqında, Əlillərin sosial reabilitasiyası və sosial müdafiəsi haqqında” qanun qəbul edilib. Hadı Rəcəbli, özəlliklə, 2014-cu ilin sonlarında nigaha girənlərdən tibbi arayış almaq tələbi qoyulub:

“Bəzən xəstəlik daşıyıcıları, qan qrupu uyğun olan insanlar nikaha girirlər. Bunun da nəticəsində doğulan uşaqlar ya talassemiya xəstəsi olur, ya da əlil doğulur. Bu halda nikah qadağan olunmur, amma nikaha girən insanlara başa salınır ki, uşaqlarınız xəstə doğula bilər. Bu insanlar sağlam uşağın dünyaya gəlməsi üçün müalicə keçməlidirlər, bunun qarşısını almağın, uşağın dünyaya sağlam göz açmağının yolları var”.

Hadı Rəcəbli bildirir ki, sağlam uşaq dünyaya gətirməyin yolu ilk növbədə valideynlərdən aslıdır.

XS
SM
MD
LG