Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:23

Vaşinqtonda müzakirə - “Azərbaycanda demokratiyanın alternativi radikal islamdır”


Arxiv fotosu: ABŞ və Azərbaycan bayraqları
Arxiv fotosu: ABŞ və Azərbaycan bayraqları

.

Gözlə

No media source currently available

0:00 0:04:17 0:00
Direct-ə keçid

- "2014-cü ildə Ukraynada Avro-maydan hərəkatından sonra Azərbaycan hakimiyyəti gəncləri və müstəqil fikirli insanları hədəfə aldı".

Tarix üzrə professor Audrey Altstadt ABŞ Nümayəndələr Palatasının altkomitəsində Azərbaycanla bağlı keçirilən dinləmələrdə belə deyib. O bildirib ki, Azərbaycanda insan haqları, demokratiya, söz azadlığının durumu getdikcə pisləşir. Siyasi həbslərin sayı artır.

“QÜSURLARA GÖZ YUMMAQ VƏZİYYƏTİ DÜZƏLTMİR”

Vaşinqtonda dinləmələr fevralın 12-də «Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları» mövzusunda aparılıb.

Dana Rohrabacher
Dana Rohrabacher

ABŞ Nümayəndələr Palatasının Kaliforniyadan olan respublikaçı üzvü Dana Rohrabacher bildirib ki, müzakirənin təşkilində məqsəd heç də Azərbaycanı ədalətsiz şəkildə yıxıb-sürümək deyil. Amma o da var ki, onun qüsurlarına göz yummaq vəziyyəti heç də yaxşılaşdırmayacaq.

Dinləmələrdə Azərbaycandakı son həbslərdən tutmuş insanların əməkhaqlarına qədər, siyasi, ictimai və iqtisadi vəziyyət hərtərəfli müzakirə olub.

BU DİNLƏMƏLƏRİN NƏTİCƏSİ MÜTLƏQ OLACAQ…

Milli Şuranın sədri Cəmil Həsənlinin fikirincə, bu dinləmələr Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin böhranlı həddə çatmasının və rəsmi ABŞ-ın baş verənlərdən narahatlığının göstəricisidir:

“ABŞ Konqresi kimi dünyanın ən mötəbər qurumunda Azərbaycanla bağlı dinləmələrin keçirilib. Vətəndaş cəmiyyətinin sıxışdırılması, azad medianın susdurulması, tənqidçilərin həbsi, bütün bunlar, ABŞ-ın təməl insan haqları prinsipinə ziddir. Dünyanın böyük dövlətinin ali qanunverici orqanındakı aparılan müzakirələr nəticəsiz qalmaz. Çünki orada hətta bəzi rəsmilərə qarşı sanskiyaların tətbiqi məsələsi də səsləndirildi”.

ABŞ-DAN AZƏRBAYCAN RƏSMİLƏRİNƏ SANKSİYA TƏKLİFİ…

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997), hazırda ABŞ-ın Corc Meyson Universitetində Terrorçuluq, Transmilli cinayətlər və Korrupsiya üzrə Mərkəzin direktor müavini Richard Kauzlarich də çıxışında sanksiyalarla bağlı fikir səsləndirib. O təklif edib ki, QHT rəhbərləri, jurnalistlər və siyasi fəallar azadlığa buraxılmasa buna məsul olan rəsmilərə qarşı səfər və ya digər sanksiyalar qoyulmalıdır.

Richard Kauzlarich
Richard Kauzlarich

​Kauzlarich çıxışının sonunda Azərbaycanda dinc yolla hüquq və azadlıqları müdafiə edənlərin həsbindən sonra ölkədə radikal islamın təhlükəlisinə diqqət çəkib:

“Onlar nəinki ABŞ və İsrail bayraqları yandırırlar, həm də Suriyaya döyüşməyə əsgər göndərirlər. Suriyada döyüşənlər isə Azərbaycana qayıdanda nəinki Azərbaycanın özü üçün, həm də ABŞ-ın təhlükəsizliyinə təhlükə yaradırlar”.

“BELƏ DİNLƏMƏLƏRLƏ ÖZLƏRİNİ ƏZİYYƏTƏ SALMASINLAR”

Millət vəkili Rasim Musabəyov belə deyir. Onun fikrincə, ABŞ-da belə bir müzakirələrin heç bir təsiri yoxdur:

“Bu cür dinləmələrin tam əks təsiri olub. Azərbaycan hakimiyyətinin okeanın o tayından gələn göstərişləri icra etmək niyyəti yoxdur. Dəyişikliyi ancaq şəxsi iradəsi ilə Azərbaycan xalqı özü edə bilər”.

Dinləmələrdə Azərbaycanda insan haqlarının, söz və mətbuat azadlığının durumu, son həbslərdən başqa Dağlıq Qarabağ münaqişəsi, ölkənin iqtisadiyyatı və enerji məsələri barədə də fikirlər səslənib.

Svante Cornell
Svante Cornell

AZƏRBAYCANA CİDDİ XƏBƏRDARLIQLAR VAR…

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu diqqəti, özəlliklə, Svante Cornell-in çıxışın çəkir. Deyir ki, hətta Azərbaycan hakimiyyətinə loyallığı ilə seçilən Cornell belə öz çıxışında insan haqlarının durumundan danışıb, arada tənqidlər də edib. Ərəstun Oruclunun fikirincə, bu dinləmələrdə Azərbaycan üçün ciddi mesajlar var idi:

“ABŞ-da indiyə qədər belə açıq tənqidi fikirlər səsləndirilməmişdi. Mənim üçün ən gözlənilməz, ya da təəccüblü Avromaydanla bağlı fikirlər idi. Açıq-aşkar Azərbaycandakı vəziyyətin də Avromaydana apardığı səsləndirildi. Əslində Azərbaycana çox ciddi xəbərdarlıqdır və Azərbaycan tərəfi bunları nəzərə almalıdır”.

Ərəstun Oruclu düşnür ki, bundan sonra da dinləmələr davam edəcək, və effektli nəticəsi olacaq. Fikrini də onunla əsaslandırır ki, ABŞ Azərbaycanı yalnız enerji tərəfdaşı kimi yox, görmür, ona həm də insan haqları və demokratiya sahəsində də tərəfdaş əhəmiyyət verir.

XS
SM
MD
LG