Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:39

Ekspert Olimpiya Oyunlarına 4 milyard dollaradək pul xərclənəcəyini proqnozlaşdırır


Londonda keçirilən Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları (Reuters)
Londonda keçirilən Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları (Reuters)

-

Gözlə

No media source currently available

0:00 0:04:31 0:00
Direct-ə keçid

MAHİR RÜSTƏMLİ: «O VAXT BELƏ BU CÜR ALÇALDICI ŞƏRTLƏRƏ RAZILAŞMAQ OLMAZDI»

«Azərbaycan gələcəkdə Olimpiya Oyunlarına, dünya futbol çempionatına ev sahibliyi etmək üçün bu gün Avropa Oyunlarına da ev sahibliyi etməliydi. Bu anlaşılandı. Ancaq anlaşılmaz olan Azərbaycanın bu cür alçaldıcı şərtlərə getməsidir». «Futbol +» qəzetinin redaktoru Mahir Rüstəmli AzadlıqRadiosuna belə deyib.

Böyük Britaniyanın «The Guardian» qəzeti fevralın 26-da yazıb ki, bu ölkədən Avropa Oyunları üçün Bakıya gedəcək bütün idmançıların xərclərini Azərbaycan öz üzərinə götürüb. Günün sonunda isə Azərbaycan rəsmiləri açıqlama veriblər ki, təkcə Britaniya idmançılarının deyil, Avropa Oyunlarına 49 ölkədən qatılan idmançıların bütün xərclərini Azərbaycan ödəyəcək.

«HANSISA AVROPA ÖLKƏSİNİN BU ŞƏRTLƏR ALTINDA BU OYUNLARI QƏBUL EDƏCƏYİNƏ İNANMIRAM»

Mahir Rüstəmli deyir ki, Avropa Oyunlarına qatılan idmançıların müəyyən xərcləri ev sahibi tərəfindən qarşılana bilər:

Mahir Rüstəmli
Mahir Rüstəmli

«Tutalım qalmaq, yemək xərcləri. Amma bütün xərcləri, hətta aviabiletlərin alınması, burda gəzmək-dolanmaq və başqa xərcləri Azərbaycanın ödəməsi əlbəttə, anormallıqdır. Bu, pulun havaya sovrulmasıdır. Bu, anlaşılmaz addımdır. Bizim tərəf indiyədək açıqlama verməmişdi. Görünür, Britaniya mətbuatında gedənlərdən sonra açıqlama verməyə məcbur qaldılar. Amma yenə deyirəm, bu, anormaldır və açığı, mən gələcəkdə hansısa Avropa ölkəsinin Avropa Oyunlarına bu şərtlər altında ev sahibliyi edəcəyinə inanmıram».

TƏKCƏ İDMANÇILARIN XƏRCİ 200 MİLYON DOLLAR EDİR

AXCP sədri Əli Kərimli «Facebook»da yazır:

«Analoqsuz inkişaf belə olurmuş. Rəsmən etiraf etdilər ki, Avropa Olimpiyadası üçün 50 ölkədən Bakıya gələcək 5 min nəfərdən artıq idmançının bütün xərclərini Azərbaycan tərəf çəkəcək. Hər bir idmançının xərci isə 39 min manat, idman federasiyalarının nümayəndə heyətlərinin digər üzvlərinin adambaşı xərci isə 16 min manat hesablanır. Əlbəttə, imkanları olsaydı, bu məlumatı axıra qədər xalqdan gizlədərdilər. Amma yenə də rejimin ifşası dünya mətbuatından gəldi».

«AVROPA OYUNLARI AZƏRBAYCAN ÜÇÜN CƏRİMƏDİR»

İqtisadçı Zöhrab İsmayıl AzadlıqRadiosuna deyir ki, qarşıdan gələn Avropa Olimpiyadası ölkəyə böyük gəlirlər gətirsəydi, komandaların maliyyələşdirilməsinə normal baxardı.

Ola bilsin bu oyunlar vaxtı Azərbaycana 5-10 min turist gəlsin və hərəsi 3-5 min dollar vəsait xərcləsin bu da maksimum 5 milyon dollar edir. Lap olsun 50 milyon dollar. Bu komandaların maliyyələşdirilməsi üçün gərək olan 200 milyon dolların dörddə biri edir. Halbuki Olimpiyada üçün 4 milyard dollaradək vəsait xərclənməsi gözlənilir...

«Amma təəssüf ki, Avropa oyunları ölkəmiz üçün dövlətin pullarının israfından başqa bir şey deyil. Bu oyunlar ilk dəfədir keçirilir. Ola bilsin, ikinci dəfə heç keçirilməsin. Avropada bu oyunlara elə bir maraq yoxdur. Ola bilsin bu oyunlar vaxtı Azərbaycana 5-10 min turist gəlsin və hərəsi 3-5 min dollar vəsait xərcləsin bu da maksimum 5 milyon dollar edir. Lap olsun 50 milyon dollar. Bu komandaların maliyyələşdirilməsi üçün gərək olan 200 milyon dolların dörddə biri edir. Halbuki Olimpiyada üçün 4 milyard dollaradək vəsait xərclənməsi gözlənilir. Bu o deməkdir ki, Avropa olimpiyadası Azərbaycan üçün bir cərimə olacaq. Burda hakimiyyətin məntiqini izah etmək üçün iki məsələ ola bilər. Fundamental insan haqlarının pozulmasını «biz Avropanın bir parçasıyıq» deyə kompensasiya etmək cəhdi və korrupsiya».

Zöhrab İsmayıl təəssüflənir ki, bütün bunlar demokratik Avropa ilə əməkdaşlıq şəraitində baş verir.

Qeyd edək ki, Britaniya mətbuatı Avropa Oyunlarına 8 milyard dollar xərclənəcəyini yazırdı. Ancaq bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb.

«YUNANISTAN DA BUNA OXŞAR VƏZİYYƏTLƏ ÜZLƏŞDİ»​

Bakı Olimpiya Oyunlarının loqosu
Bakı Olimpiya Oyunlarının loqosu

Bəs Azərbaycan niyə bu şərtləri qəbul edib? Mahir Rüstəmli deyir ki, Azərbaycan bu şərtləri qəbul edərkən ölkənin imkanları indiki ilə müqayisədə çox yaxşı idi, üstəlik də buna ölkənin təbliğatı kimi baxmışdılar.

«Ancaq yenə düşünürəm ki, o vaxt belə bu cür alçaldıcı şərtlərə razılaşmaq lazım deyildi. Bəlkə də müəyyən güzəştlərə getmək olardı, ancaq bütün Avropanın – 49 ölkənin Milli Federasiyasını, idmançılarını qəbul etmək, yerləşdirmək... anlaşılmazıdr. Vaxtilə Yunanıstan da buna oxşar vəziyyətlə üzləşdi. Olimpiya oyunlarından sonra büdcədə kəsir yarandı, iqtisadi problemlər yarandı. Mənə elə gəlir ki, indi gördüyümüz böhran həm də bu Avropa Oyunları ilə bağlıdır. Gizlədirdilər nələrisə. Qarşıda bundan pis vəziyyətə düşəcəyimizi güman edirəm,» deyir Mahir Məmmədli.

Avropa Oyunları ilk dəfə bu ilin iyununda Bakıda keçiriləcək.

Azərbaycan Milli Olimpiya Komitəsi Avropa Oyunlarına nə qədər pul ayırması haqda heç bir məlumat yaymayıb.

XS
SM
MD
LG