Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:41

Moskvada xatirə yürüşü keçirilib

Fevralın 27-də Rusiya müxalifətinin liderlərindən birinə sui-qəsd olub. Sabiq baş nazirin müavini, prezident Putin-in əsas tənqidçilərindən biri Boris Nemtsov-u Moskvanın mərkəzində güllələyiblər.​

AzadlıqRadiosu Nemtsov-un qətli ilə bağlı xəbərləri izləyərək canlı bloqu daim yeniləyir. Hadisələrin gedişini xronoloji ardıcıllıqla dərc olunan postlardan izləmək mümkündür, sonuncu xəbərlər həmişə bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

15:53 28.2.2015

Yürüş olacaq

Moskva meriyası və Rusiya müxalifəti 1 mart nümayişinin Boris Nemtsov-un xatirəsinə keçirilməsi üçün razılıq əldə edib.

AzadlıqRadiosunun rus xidməti xəbər verir ki, martın 1-də Maryino rayonunda planlaşdırılmış böhran əleyhinə «Bahar» aksiyası Nemtsov-un xatirə yürüşü ilə əvəzlənir.

Şəhər rəhbərliyi əvvəlcə buna qarşı çıxıb yürüşün başqası ilə əvəzlənməsini qanunazidd saymışdı.

15:11 28.2.2015

Nemtsov-un qətlinə politoloq Ərəstun Oruclunun şərhi

«Bir neçə saat əvvəl Moskvanın mərkəzində, Kremlin 2 addımlığında Rusiya hakimiyyətinin kəskin tənqidçisi, görkəmli müxalif siyasətçi Boris Nemtsov tapançadan açılan bir neçə atəşlə qətlə yetirilib. Qətlin arxasınca Nemtsov-un cəsədi hələ hadisə yerində ikən açıqlama verən Rusiya prezidenti Vladimir Putin «qətlin sifarişlı olduğunu və təxribat məqsədilə həyata keçirildiyini» deyib.

Tarixdə:
Təxminən 10 il əvvəl axşam saatlarında Bakıda, yaşadığı binanın giriş qapısında Azərbaycan hakimiyyətinin kəskin tənqidçisi, tanınmış jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov tapançadan açılan bir neçə atəşlə qətlə yetirildi. Hadisə yerinə gələn dövlət rəsmisi (Bakı BPİ-nin o zamankı rəisi, general-leytenant Məhərrəm Əliyev) «qətlin sifarişli olduğunu və təxribat məqsədilə həyata keçirildiyini» dedi.

P.S.: Elmar Hüseynovun qətlinin istintaqı bu günədək davam edir...».

15:06 28.2.2015

Demokratik hərəkata zərbə

Müsavat Partiyasının yaydığı bəyanatda deyilir ki, Rusiya Respublikaçılar Xalq Azadlıq Partiyası-«Parnas»ın həmsədri və Rusiyada «Solidarnost» Demokratik Hərəkatının Koordinasiya Komitəsinin üzvü olan Boris Nemtsov Rusiyanın demokratikləşməsi uğrunda mübarizənin liderlərindən biri idi:

«B.Nemtsov həmçinin Rusiya demokratlarının postsovet məkanındakı aparıcı demokratik qüvvələrlə, o cümlədən Müsavat Partiyası ilə əlaqələrə xüsusi önəm verən liderlərindən olub. Rusiyada prezident Putin-in əsas rəqiblərindən olan Nemtsov-un qətlə yetirilməsi yalnız Rusiya üçün yox, bütün dünyada demokratik dəyərlər uğrunda mübarizə aparanlara zərbədir».

«Müsavat bu ağır gündə Rusiyanın demokratik qüvvələrinə dəstəyini bildirir, bütün demokratik qüvvələri bəyan etdikləri hədəflər uğrunda daha qətiyyətlə mübarizə aparmağa çağirir», -deyə bəyanatda bildirilir.

Boris Nemtsov Moskvada müxalifət yürüşündə - 2 fevral 2014
Boris Nemtsov Moskvada müxalifət yürüşündə - 2 fevral 2014
14:55 28.2.2015

Nemtsov-un qətlə yetirildiyi əraziyə fövqəladə halların əməkdaşları gəlib.

Yanğınsöndürənlər küçəni təmizləmək üçün su şlanqlarından istifadə edib. Onun öldürüldüyü yerə isə çoxlu adam yığışıb.

Nemtsov-un qətlə yetirildiyi əraziyə fövqəladə halların əməkdaşları gəlib
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Davamı

XS
SM
MD
LG