Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:06

Moskvada xatirə yürüşü keçirilib

Fevralın 27-də Rusiya müxalifətinin liderlərindən birinə sui-qəsd olub. Sabiq baş nazirin müavini, prezident Putin-in əsas tənqidçilərindən biri Boris Nemtsov-u Moskvanın mərkəzində güllələyiblər.​

AzadlıqRadiosu Nemtsov-un qətli ilə bağlı xəbərləri izləyərək canlı bloqu daim yeniləyir. Hadisələrin gedişini xronoloji ardıcıllıqla dərc olunan postlardan izləmək mümkündür, sonuncu xəbərlər həmişə bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

15:53 28.2.2015

Yürüş olacaq

Moskva meriyası və Rusiya müxalifəti 1 mart nümayişinin Boris Nemtsov-un xatirəsinə keçirilməsi üçün razılıq əldə edib.

AzadlıqRadiosunun rus xidməti xəbər verir ki, martın 1-də Maryino rayonunda planlaşdırılmış böhran əleyhinə «Bahar» aksiyası Nemtsov-un xatirə yürüşü ilə əvəzlənir.

Şəhər rəhbərliyi əvvəlcə buna qarşı çıxıb yürüşün başqası ilə əvəzlənməsini qanunazidd saymışdı.

17:48 28.2.2015

Putin: «Nemtsov Rusiyanın tarixində izini qoyub»

Rusiya prezidentinin saytında yerləşdirilən məlumatda Vladimir Putin vəd edir ki, cinayətkarlar tapılıb cəzalarını alacaqlar. Nemtsov-un anasına başsağlığı verən prezident deyir: «Boris Nemtsov Rusiyanın tarixində, onun siyasi və ictimai həyatında özünün izini qoyub. Ölkəmizin ağır keçid dövründə məsul vəzifələrdə işləyib. O, həmişə öz mövqeyini birbaşa və səmimi bildirir, öz baxışlarını müdafiə edirdi».

Rusiya mediası istintaq orqanlarına istinadən xəbər verir ki, Nemtsov-un qətlində şübhəli bilinən şəxslər ağ rəngli «Lada» maşınında hadisə yerindən uzaqlaşıblar. İnquşetiya qeydiyyat nömrəsi olan maşın tapılıb. Rusiyanın «LifeNews» kanalı ehtimal olunan maşının nəzarət kameralarından çəkilmiş görüntülərini də yayıb. (video yuxarıda) İddia olunur ki, görüntülər Nemtsov-a hücumdan 2 dəqiqə sonraya, qətl yerinin yaxınlığındakı Bolshaya Ordinka küçəsində çəkilib.

Mümkün versiyalar arasında Nemtsov-un «Charlie Hebdo» jurnalına hücumla bağlı mövqeyinə görə radikal islamçıların qisası da var.

Hakimiyyətyönlü NTV kanalı Rusiya müxalifəti haqda «Maydan anatomiyası» filminin reklam çarxının göstərilməsini dayandırıb. Filmdə Rusiya müxalifəti liderləri arasında Nemtsov-a qarşı tənqidlərin də yer aldığı xəbər verilirdi.

19:13 28.2.2015

«Bu, KGB-nin 1920-ci illərdən formalaşmış dəsti xəttidir»

Rəsul Quliyev də «facebook» hesabında Nemtsov-un qətlindən yazıb:

«Bu gün Moskvanın mərkəzində Putin-ə ən radikal müxalifət lideri Boris Nemtsov amansızlıqla qətlə yetirilib. Bu, KGB-nin 1920-ci illərdən başlamış 1930-53-cü ilə qədər xüsusi amansızlıqla formalaşmış dəsti xəttidir. Bu illər ərzində həm daxildə, həmdə xaricdə xüsusilə liderə radikal müxalifətdə olanların qətl edilməsi prosesi davam edir. Putin bir daha sübut etdi ki keçmiş KGB işçisi olmur. Putin indiyə qədər ona radikal müxalifətdə olan 3-cü adamı öldürdü. Politkovskaya, Litvinenko (İngiltərədə) indidə Nemtsov. 1 martda Moskvada mitinq olmalıdır. Mitinqə 100 mindən çox insan çıxmalı idi. Sözsüz ki, o mitinqdə Putin siyasətinə qarşı ən radikal çıxışı prezident Poroshenko və Saakashvili-nin dostu Nemtsov edəcəkdi. Putin bu cinayəti törədənlərlə şəxsən özü məşğul olacağını artıq bəyan edib. Politkovskaya öldürüləndə də belə bir bəyanatla çıxış etmişdi.10 il keçib cinayət açılmayıb. İndi də ondakı kimi kimlərisə həbs edəcəklər (çox ehtimal Ramzan Kadirov-un qoçularından) və guya istintaq davam edəcək. Nəticədə cinayət sübuta çatmayacaq.

Bu hadisədən istifadə edib hökumət ya mitinqi keçirməyi ləğv edəcək, ya da camaatı qorxudan şayiələr yayıb mitinqə gedənlərin sayını azaltmağa çalışacaqlar. Mən müxalifətin yerinə olsam, Nemtsov-la vidalaşmanı mitinq keçirilən yerdə təşkil edərdim (ən azı buna cəhd edərdim). Müxalifət Putin-i yaxın vaxtlarda ciddi təşvişə sala bilməsə, fiziki repressiyalar davam etdiriləcək».

20:27 28.2.2015

Kadyrov Qərbi və Ukraynanı ittiham edir


Çeçenistan prezidenti Ramzan Kadyrov Nemtsovun ölümü haqda özünün instagramında yazır ki, bu qətli Qərbin xüsusi xidmətləri təşkil ediblər. Onun fikrincə, Qərb Rusiyada nəyin bahasına olursa olsun hakimiyyətin zəifləməsinə çalışır və bu hücumu təşkil edib ki, bütün dünya Kremli günhlandırsın.

Davamı

XS
SM
MD
LG