Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:35

Hacı Məmmədov və daha 26 nəfər təqsirləndirilən şəxslərin ifadələri başa çatdırılıb


Oktyabrın 26-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə çoxsaylı qətl və adam oğurluğunda ittiham olunan Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər təqsirləndirilən şəxslərin ifadələri başa çatdırılıb.


Bundan sonra məhkəmə işgəncə iddialarının araşdırılmasına başlayıb. Zərərçəkənlərin bir çoxu müxtəlif formalarda işgəncələrə məruz qaldıqlarını bildiriblər. Oktyabrın 27-də davam edəcək məhkəmə prosesində zərərçəkənlərin ifadə verməsinə başlanacaq.


Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən 26 nəfərlik dəstə çoxsaylı qətl və adam oğurluqlarında təqsirli bilinirlər. Ötən ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı zamanı dəstə üzvləri həbs olunmuşdu.


XS
SM
MD
LG