Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:58

Nemtsov dəfn olundu


Boris Nemtsovun dəfni
Boris Nemtsovun dəfni

Moskvada qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun dəfn mərasimi keçirilib.

Mərhum martın 3-də “Troekurovsk” məzarlığında dəfn edilib.

Bundan əvvəl mərhumla Saxarov mərkəzində vida mərasimi keçirilib.

Mərasimdə Avropa Birliyi və ABŞ səfriləri, keçmiş siyasi xadim Anatoli Çubays, keçmiş baş nazir Mixail Kasyanov, Yabloko partiyasının sədri Qriqori Yavlinski, baş nazir müavini Arkadiy Dvorkovic, hökumət aparatının rəhbəri Serqey Prixadko və Böyük Britaniyanın keçmiş baş naziri Con Meycer də daxil olmaqla minlərlə adam iştirak edib.

Boris Nemtsov fefvralın 27-də Moskvada naməlum adamlar tərəfindən qətlə yetirilib.Bir çox tənqidçilər hesab edir ki, bu qətlin arxasında Rusiya hakimiyyəti durur.Kreml bu ittihamı rədd edir və qatillərin tapılacağını vəd edib.

Rusiya Federal İstintaq komitəsinin sözçüsü Vladimir Markin istintaqın bütün versiyalara baxdığını deyib.

Bu prezident Vladimir Putinin 15 əvvəl hakimiyyətə gəlməsindən sonra ilk belə hadisə deyil.

İstintaq qətlin Ukrayna xüsusi xidmətinin göstərişi ilə dörədilməsinin mümkünlüyünü istisna eləmir.

Kremlpərəst İzvestiya qəzeti yazır ki, istintaq müxalifət lideri Boris Nemtsovun qətlinin Ukrayna münaqişəsiylə bağlılığının mümkünlüyünə baxır.

Konkret mənbə göstərməyən qəzet yazır ki, İstintaq Nemtsovun Ukrayna xüsusi xidmətinin göstərişi ilə öldürlüməsini istisna eləmir.

Məlumatda bildirilir ki, bu cinayəti Ukraynanın şərqində hökumət qoşunları tərəfindən vuruşan çeçen yaraqlıları təşkil edə bilər.

Qəzet yazır ki, hüquq-mühavizə orqanındakı naməlum mənbə iddia edir ki, təşkilatçılar əslən çeçen olan Adam Osmayev və onun həyat yoldaşı Amina Okunevadır.

Osmayev 2012-ci ildə Moskvanın göstərişi ilə Ukraynada həbs edilib, amma2014-cü ilin noyabrında azadlığa buraxılıb.

Moskva onu prezident Putinə qarşı sui-qəsd hazırlamaqda ittiham edirdi.

Rusiyalı müstəntiqlər Ukrayna münaqişəsinin istintaqın versiyalarından biri olduğunu desələr də İzvestiyanın məlumatına münasibət bildirməyiblər.

Kremlpərəst media hesab edir ki, Nemtsovun qətlinin arxasında Qərb və ya Ukrayna dura bilər.

Qeyd edək ki, Boris Nemtsov prezident Putinin qəti tənqidçilərindən biri idi.

O Putini həmçinin ölkəni Ukrayna müharibəsinə sürükləməkdə ittiham edirdi.

Obama:"Rusiyada fundamental azadlıqların vəziyyəti ötən illərlə müqaisədə daha pisdir".

“Kremlin tənqidçisi Boris Nemtsovun qətli Rusiya daxilində belə bir mühitin yarandığını göstərir-vətəndaş cəmiyyəti, müstəqil jurnalistlər və İnternetlə ünsiyyət quranlar getdikcə daha çox təhlükə hiss edirlər.

Bunu ABŞ prezidenti Barack Obama martın 2-də Reuters agentliyinə müsahibəsində deyib.

Putin hökumətinin qətlə aidiyyatı olub-olmadığına gəldikdə isə Obama bu dəqiqə nə baş verdiyi barədə aydın təsəvvürü olmadığını bildirib.

O hazırda Rusiyada fundamental azadlıqların vəziyyətinin ötən illərlə müqaisədə daha pis olduğunu deyib.

XS
SM
MD
LG