Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:27

«Məhkum ağzını tikib aclıq edir». Penitensiar Xidmət təkzib edir


Foto: Arxiv
Foto: Arxiv

-

1 saylı Cəzaçəkmə Müəssisəsində məhbus Elşən Paşayev martın 2-də ağzını tikərək aclıq aksiyasına başlayıb.

Bu barədə AzadlıqRadiosuna məhbusun anası Lidiya Mirzəliyeva məlumat verib.

Onun dediyinə görə, oğlu törətmədiyi cinayətə görə 12 il həbs cəzası alıb və cəzasının artıq 10 ilini çəkib:

«Oğlumu 10 il öncə mənim müxalifətçi kimi fəaliyyətimə görə şərləyib həbs ediblər. Bu müddət ərzində müraciət etmədiyim yer qalmayıb. Təkcə baş prokurorun qəbulunda 47 dəfə olmuşam. Cinayət işinin içində bircə dənə də motiv yoxdur».

«OĞLUMA İNSANLIĞA SIĞMAYAN TƏZYİQLƏR EDİLİR»

Lidiya Mirzəliyeva deyir ki, oğlunun cəza növünün dəyişdirilməsi ilə bağlı 6 məhkəmə prosesi keçirilib, amma müsbət nəticə əldə olunmayıb. E.Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib. Ananın bildirdiyinə görə, hazırda oğluna təzyiqlər edilir:

«İnsanlığa sığmayan təzyiqlər edilir ona. Oğlum öyrədilmiş məhbuslar tərəfindən fiziki, mənəvi təzyiqlərə, qeyri-insani rəftara məruz qalır. İstəyirlər ki, cəzasını artırıb ömürlük həbsdə saxlasınlar. Hər an zəng gözləyirəm ki, deyəcəklər, gəlin oğlunuzun meyitini aparın».

Lidiya Mirzəliyevanın dediyinə görə, oğlunu əfv ərizəsi yazmağa məcbur edirlər. Amma o, özünü cinayətkar saymadığına görə yazmır.

PENİTENSİAR XİDMƏT: «YALANDİR»

Anasının iddiasına görə, E.Paşayev müddətsiz aclıq aksiyasına başlaması ilə bağlı Penitensiar Xidmətə müraciət edib, amma qurum onu qeydə almaqdan imtina edib.

Penitensiar Xidmətdən «Amerikanın Səsi»nə bildirilib ki, E.Paşayev aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciət etməyib.

«Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir» – Xidmətdən belə deyilib.

Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə həbs edilib.

XS
SM
MD
LG