Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:05

ABŞ-Azərbaycan ikitərəfli qurumundan nə xəbər?


ABŞ- Azərbaycan bayraqları
ABŞ- Azərbaycan bayraqları

.
Təxminən bir ay öncə - fevralın 18-də ABŞ dövlət katibinin Avropa və

ABŞ Dövlət Katibinin yardımçısı Victoria Nuland
ABŞ Dövlət Katibinin yardımçısı Victoria Nuland

Avrasiya üzrə köməkçisi Victoria Nuland Azərbaycanda oldu. O iki ölkə arasında insan haqları problemlərinə dair dialoqun gücləndirilməsindən, ikitərəfli qurumun yaradılacağından danışdı: «Biz vətəndaş cəmiyyəti və demokratiya mövzusunda Amerika-Azərbaycan dialoqunu gücləndirmək barədə razılığa gəldik. Bu, ABŞ-la Azərbaycan arasında ikitərəfli qurum olacaq. Avropa Şurası, eləcə də baş katib Jaglandla davam edən işlərə paralel gedəcək. Mən də bu səylərin güclənməsi üçün Baş katib Jagland-la bir yerdə çalışacam».

Victoria Nuland onu da demişdi ki, gərgin söhbət yerinə gerçək dialoqa ehtiyac var. O prezidentin vətəndaş cəmiyyəti və demokratiya üzrə dialoqa razılıq verməsindən məmnunluğunu bildirmişdi: “Hesab edirəm ki, bu bizə bəzi mövzular haqqında – insan haqları, media, vətəndaş cəmiyyətinin gücləndirilməsi yönündə həqiqətən də səmimi danışmağa və işləməyə şərait yaradacaq”.

Millət vəkili İqbal Ağazadə
Millət vəkili İqbal Ağazadə

“NƏ MEXANİZM BƏLLİDİR, NƏ DƏ NƏ ZAMAN FƏALİYYƏTƏ BAŞLAYACAĞI”

Aradan bir aya yaxın vaxt ötür. Ancaq sözügedən ikitərəfli qurum haqqında hələlik danışan yoxdur. Deputat İqbal Ağazadə deyir ki, onda olan məlumata görə, qurum hələlik yaradılmayıb. O bunu texniki səbəblərlə izah edir və orda bəzi deputat həmkarlarının təmsil olunacağını da deyir.

Politoloq Ərəstun Oruclu və millət vəkili Rasim Musabəyov
Politoloq Ərəstun Oruclu və millət vəkili Rasim Musabəyov

Başqa bir deputat Rasim Musabəyov “Müştərək bir qurum yaradılması planlaşdırılır, ancaq onun mexanizmi də bəlli deyil, nə zaman fəaliyyətə başlayacağı da” deyə bildirir.

Bəs, qurum hansı problemlərin həllinə yardım edə bilər? Rasim Musabəyov deyir ki, söhbət problemlərdən getmir: “Bu, Amerika qurumlarının maliyyələşdirdiyi proqramlara dəstək kimi də qiymətləndirilə bilər. Ola bilsin nəyi və kimləri maliyyələşdirmə haqqında razılaşma əldə edilsin. O necə olacaq, deyə bilmirəm”.

Deputatın qənaətincə, Vaşinqtonla Bakının münasibətlərində medianın diqqəti daha çox cüzi problemlərə yönəlib. Halbuki iki ölkə arasında vacib məsələlərlə bağlı əməkdaşlıq davam edir.

İlyas İsmayılov
İlyas İsmayılov

“NƏ ƏHƏMİYYƏTİ VAR Kİ…”

Milli Məclisin Amerika-Azərbaycan dostluq qrupunun üzvü İlyas İsmayılov da bu fikirdədir ki, bəzi məsələlərdə, tutalım, həbslərlə bağlı fikir ayrılıqları olsa da, ABŞ-Azərbaycan münasibətləri normaldır: “İnsan haqları hər yerdə pozulur, elə Amerikanın özündə də. Götürək Quantanamonu, məhkəmə qərarı olmadan insanlar orda saxlanır…

İki ölkə arasında münasibətlər normaldır, bir-birinə qarşı yaxşıdılar və ona görə də həmin qurum yarandı-yaranmadı nə əhəmiyyəti var ki? Ölkələr arasında diplomatik münasibətlər mövcuddur, səlahiyyətli şəxslər göprüşürlər, danışırlar. Bu yeni yaradılacaq qurumun nə səlahiyyəti olasıdır? Təklif verə bilər də, başqa neyləyə bilər? ”

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta
ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta

SƏFİR MÜZAKİRƏLƏR APARILDIĞINI DEYİR

Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandaki səfiri Robert Sekuta martın 10-da jurnalistlərə deyib ki, o, Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı müzakirələr aparır: “Biz hazırda bu ideyanın üzərində iş aparırıq və Azərbaycan hökuməti ilə bu istiqamətdə işimizi davam etdirməliyik”.

Politoloq Ərəstun Orucluya görə, bu qurumun yaradılması ilk növbədə Azərbaycan-ABŞ münasibətlərinin dinamikasından asılıdır: “Bu sahədəsə pozitiv irəliləyiş yoxdur.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov xarici mətbuata müsahibəsində iki ölkə münasibətlərinin əvvəlki məcraya qayıtması zərurətinə toxunmuşdu. Bu artıq o deməkdir ki, iki ölkə arasındakı problemlər hələ də qalmaqdadır.

Yəni iki ay, bir ay əvvəl necəydisə, bu gün də elə qalır. Bu halda o qurum haqda danışmağa dəyməz. Onun yaradılması və ya fəaliyyəti yalnız və yalnız ikitərəfli anlaşma əsasında mümkündür . İndilik münasibətlərdə çətinliklər var. Zənnimcə, o qurumun yaxınlarda yaranacağını gözləmək tezdir”.

Səfir Elin Süleymanov ABŞ mediasına müsahibəsində demişdi ki, diplomatiya şəxsi münasibət kimidir və uzun müddət Vaşinqtonun dostu olmuş Azərbaycan regionda sabitliyin bərpası üçün Amerikanın dəstəyinə bel bağlayır: «Dostlarınızı aşağı qiymətləndirə bilməzsiniz. Bizə deyə bilməzsiniz ki, biz lazım olanı edirik və siz də biz nəyi istəyirik edirsiniz».

XS
SM
MD
LG