Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:27

Astarada pomidor, xiyar kəskin bahalaşıb


Foto: Arxiv
Foto: Arxiv

-

Son günlər Azərbaycanın cənub rayonlarında pomidor və xiyarın qiyməti 50 faizdən çox bahalaşıb. Halbuki, təqribən bir ay əvvəl manat 30 faizdən çox dəyərdən düşəndə, qiymətlərdə bahalaşma getmişdi.

Pomidor və xiyarəsasən İrandan gətirilir. İran Astarasında pomidorun bir kiloqramı 40-50, xiyarın bir kiloqramı 30-40 qəpik olduğu halda Azərbaycan Astarasında bu məhsulların qiymətləri 2 manat, 2 manat 50 qəpiyə qalxıb. Satıcılar deyir ki, qiymətləri topdansatış bazaları müəyyənləşdirir. İrandan gətirilən kənd təsərrüfatı məhsulları Bakıya aparılır və oradan respublika ərazisinə paylanır.

Sərhədyanı ərazilərdə xırda ticarətlə məşğul olanlar da İrandan piyada yol ilə, az da olsa, kənd təsərrüfatı məhsulları gətirirlər. Son günlərdə daha çox bahalaşmaya məruz qalan məhsulların Azərbaycana gətirilməsində problemlər yaşanır. Maneələrin olduğu bildirilir. Astara Gömrük İdarəsi bunun səbəbini göstərmir və hər hansı açıqlama vermir.

Sərhədyanı ticarətlə məşğul olan Fayıq Cəfərzadə deyir ki, əhali Novruz bayramını keçirtmək üçün son qəpiyini xərcləyir. Monopolistlər isə fürsətdən istifadə edib daha çox qazanmaq istəyirlər:

«Xiyar və pomidor zəruri ərzaq məhsulları hesab olunmur. Ölkəyə də bir ziyanı yoxdur. Lakin gömrükdə əyləşən monopolist əraziyə məhsulun gətirməsinə imkan vermir». ​

XS
SM
MD
LG