Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:14

Bir mərtəbəsində ev növbəsi gözləyənlər, bir mərtəbəsində köçkün məktəbi olan yataqxana


Arxiv fotosu
Arxiv fotosu
-
Bura həm məktəbdir, həm də yataqxana... Uzun illərdir bu yataqxanada məskunlaşmışıq. Şəraiti yox, kommunal problermləri xirtdəyəcən..."

Nərimanov rayonu, Molla Cümə küçəsi 26 ünvanında yerləşən yataqxanada məskunlaşan köçkünlər "Qaynar xətt"ə şəraitlərindən danışırlar.

Bu beşmətəbəli yataqxananın yuxarı mərtəbəsində 7 nömrəli keçmiş zavodun fəhlələri yaşayır. Onların arasında azı 30-40 ildir ki, ev növbəsi gözləyənlər var. Məsələn, Ədalət Həsənov kimi:
KİÇİK OTAQLARDA 7-8 NƏFƏR YAŞAYIR
"1980-ci illərdən ev növbəsindəyik. Hələ də gözləyirik. Ümidimizi itirməmişik. Burada da şərait dözülməzdir. Tez-tez işıqlar sönür. Mətbəx, hamam, ayaqyolu pis vəziyyətdədir. Kanalizasiya xətləri çürükdür. Binada antisanitariya hökm sürür. Kiçik otaqlarda 7-8 nəfər qalır".
Aşağı mərtəbələrdə Laçın, Kəlbəcər, Şuşa, Zəngilandan olan məcburi köçkünlər məskunlaşıb. Onlar da yataqxanadakı yaşayış şəraitlərindən narazıdılar:
"Əsasən də, uşaqlar üçün əziyyətdir. İkinci mərtəbədə Laçın rayonu, Müseyib Müseyibov adına Bozulu kənd orta məktəbi yerləşir. 22 ildir uşaqlarımız orada dərs keçir. 5 sinif otağında 37 şagirdə 21 müəllim dərs keçir. Şəraitsiz, sinif adından əsər-əlamət olamyan otaqlardır. Dərs vəsaiti yox, istilik sistemi yox..."
Nərimanov rayon İcra Hakimiyyətindən bildiriblər ki, illərləö ev növbəsi gözləyənləri mənzillə təmin etmək onların gücündə deyil. Hazırda evlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə yalnız müharibə əlilləri və Qarabağ müharibəsində həlak olanların ailələri üçün tikilir. Köçkünlərə gəlincə, onların yerləşdirilməsi Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin vəzifəsidir ki, Komitə
XS
SM
MD
LG