Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:23

Xədicənin adına bilərzik hazırlanır


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Maryland Universitetinin tələbələri həbsdə olan jurnalistlərin adları həkk edilmiş bilərziklər hazırlamaq üçün pul toplayır. Associated Press agentliyi xəbər verir ki, məqsəd həmin jurnalistlər barədə dünyanı bilgiləndirməkdir.

Maryland Universitetinin Jurnalistika Məktəbinin tələbələri Qandalsız Mətbuat kampaniyası üçün pul toplamağa başlayıb. Bu iş Washington Post-un Pulitzer mükafatı almış müxbiri, jurnalistika professoru Dana Priest-in rəhbərliyi altında həyata keçirilir.

DÜNYANI BİLGİLƏNDİRMƏK

Bilərziklər üzərinə 9 jurnalistin adı həkk olunacaq. Tələbələr azı 10 min bilərzik buraxmaq üçün vəsait toplayır.

Universitetin məzunu, layihənin sözçüsü Rosemary Ostmann deyir ki, satışdan əldə olunan gəlir bütünlüklə Jurnalistləri Müdafiə Komitəsinə (CPJ) yardım formasında veriləcək:

“Vəsait toplamaq və həbsdə olan 221 jurnalistə kömək etməklə yanaşı, Dana və komandası göstərmək istəyir ki, xəbər hazırlamaq nəyin bahasına başa gəlir, azad və firavan cəmiyyət üçün həqiqət necə vacibdir”.

AZƏRBAYCAN – SVAZİLEND

İlin əvvəlində Şəkidə "Xədicəni Azad Et" plakatları yayılmışdı
İlin əvvəlində Şəkidə "Xədicəni Azad Et" plakatları yayılmışdı

Bilərziklərin üstünə bu jurnalistlərin adları həkk olunacaq (mötərizədə jurnalistlərin həbs olunduğu ölkələr göstərilib):

Ammar Abdulrasool (Bəhreyn)

Mahmoud Abou Zeid (Misir)

Reeyot Alemu (Efiopiya)

Xədicə İsmayılova (Khadija Ismayilova, Azərbaycan)

Bheki Makhubu (Svazilend)

Ta Phong Tan (Vyetnam)

Jason Rezaian (İran)

Yusuf Ruzimuradov (Özbəkistan)

Ilham Tohti (Çin)

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. Əvvəlcə «özünü öldürmə həddinə çatdırma» maddəsi ilə ittiham olunan jurnalistə daha sonra mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamları irəli sürülüb və bütün ittihamlar bir icraatda birləşdirilib.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

XS
SM
MD
LG