Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:10

Xarici ekspert:"manatın üzən məzənnəsinə keçid gec-tez qaçılmaz olacaq"


Azərbaycanda manatın kəskin ucuzlaşdırılması ölkədə milli valyutanın məzənnəsinin sərbəst buraxılması istiqamətində bir addımdır.

Fins.az-ın məlumatına görə, bu proqnozu Bakıda keçirilən “Yeni imkanlar yaradan çağırışlar” adlı seminarda “Rösonans” – İnkişaf və İdarəçilik Elmləri İnstitutunun prezidenti Canip Altay verib.

Onun sözlərinə görə, Azərbaycanda “üzən məzənnə” siyasətinə keçid gec-tez qaçılmaz olacaq: “Bu kimi proseslər dünyanın əksər ölkələrində gedib. Məsələn, Azərbaycanda devalvasiya 35% oldu, Türkiyədə isə vaxtilə bu rəqəm 70%-ə çatmışdı. Vəziyyətdən asılı olaraq məzənnə artıb-azala bilər. İnsanlar da gedən prosesə uyğun öz işlərini planlaşdırırlar”.

Bir neçə gün öncə isə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycan tam üzən məzənnə siyasətinə, yəni manatın sərbəst buraxılmasına tam hazır deyil: "Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil".

Baş bankirin sözlərinə görə, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır: "Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu, Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyatda böyük əsəbilik yarada bilər. Buna görə də, biz tam olaraq “üzən məzənnə" siyasətinə keçmirik, “idarəedilən üzən məzənnə” siyasətinə keçmişik"

XS
SM
MD
LG