Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:54

Həbsxanadan məktublar: Əfv söz-söhbəti


Xədicə İsmayıl
Xədicə İsmayıl

-
Əfv söz-söhbəti

Məni güldürməyin.

İnsan Hüquqları üzrə Birgə Qrup ortaya çıxandan bəri nə iş görüb? Guya onlara qədər əfv sərəncamı olmurdu?

Gözə kül üfürürlər. Hökumətə dialoq şousu lazımdır. Qrup üzvləri də kömək edir bu şounu düzəltməyə. Avropa Şurası da bu oyunda iştirak edir. Barı öz biabırçılıqlarına bizi şərik etməsinlər.

Yeri gəlmişkən, mən Kürdəxanıya düşəndən bəri həbsxanalara nəzarət qrupu heç buralarda görsənməyib. Monitorinq etmirlər bəs? Sahib Məmmədovun AzadlıqRadiosunun efirindən söylədiyi həbsxanalardakı vəziyyət barədə bütün yalanları üzünə çırpmağa səbirsizlənirəm.

Ardı var...

Xədicə.
Kürdəxanı. Mart 2015

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Xədicə İsmayıl ötən ili dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı AzadlıqRadiosundakı fəaliyyəti ilə bilavasitə bağlı olan mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

AzadlıqRadiosu və beynəlxalq təşkilatlar Xədicənin məhz jurnalist fəaliyyətinə, araşdırmalarına və AzadlıqRadiosunda gördüyü işə görə həbs olunduğunu düşünür.

XS
SM
MD
LG