Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:20

Tural Mustafayev təzyiq altında ifadə verdiyini deyir- [video]


Tural Mustafayev təzyiq altında ifadə verdiyini deyir- [video]
Gözlə

No media source currently available

0:00 0:06:02 0:00

Tural Mustafayev təzyiq altında ifadə verdiyini deyir- [video]

-

Mayın 1-də Tural Mustafayev yeni video müraciət yayıb. Videoda Tural Mustafayev jurnalist Xədicə İsmayıla qarşı təzyiq altında ifadə verdiyini deyir. Tural əlavə edir ki, o heç kimdən şikayətçi deyil.

O deyir ki, 2014-cü il noyabrın 26-dan, yəni şikayət ərizəsini yazandan bir gün sonra ölkədən çıxışına qadağa qoyulub. O, baş prokurora ünvanlandığı məktubda həmin qadağanın da aradan qaldırılmasını istəyib.

Tural Mustafayev ötən ilin dekabrında da - özünün facebook səhifəsində Xədicə Ismayıldan şikayət ərizəsini geri götürmək istədiyini yazmış, amma təxminən yarım saat sonra «Saxlanıldım!!!» sözlərini qeyd edərək, sanki qeybə çəkilmişdi.

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl dekabrın 5-də Tural Mustafayevin şikayət ərizəsi əsasında həbs olunub. Əvvəlcə «özünüöldürmə həddinə çatdırma» maddəsi ilə suçlanan jurnalistə daha sonra mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları da irəli sürülüb və bütün ittihamlar bir icraatda birləşdirilib.

AzadlıqRadiosu rəhbərliyinin fikrincə, Xədicənin həbsi onun yüksək vəzifəli ölkə məmurlarının gizli biznesi barədə araşdırmalarına görə hakimiyyətin qisasıdır. ​

XS
SM
MD
LG