Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:39

Bakıda binalardan üzlüklərin sökülməsinə başlanıb- [fotolar videolar]


.

APA informasiya agentliyinin məlumatına görə artıq Bakıda Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə yanğına həssas örtüklərin söküntüsü işi aparılır.

Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Əliyev APA-ya artıq söküntü işlərinə başlanıldığını bildirib: "Prezidentin tapşırığı və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun bu gün verdiyi sərəncam əsasında yanğına həssas üzlüklərin sökülməsinə başlanılıb".

İcra başçısının müavini qeyd edib ki, Zığ şossesi boyunca 14 bina və "Qara şəhər"də bir bina olmaqla ümumilikdə Xətai rayonu ərazisində 15 binanın üzlüyü dəyişdiriləcək: "Bu binalarda yanğına həssas üzlüklər daş üzlüklərlə əvəzlənəcək".

Bundan əvvəl vətəndaşlar özləri bina üzlüklərinin sökülməsinə başlamışdı.
Gündüz saatlarında köşə yazarı Zamin Hacı öz Facebook statusunda vətəndaşları üzlükləri sökməyə çağırmış, buna görə Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunmuşdu.

Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

Zamin Hacının bildirdiyinə görə polis ona şifahi xəbərdarlıq edib:

“Yazdığımı qızışdırıcılıq kimi qəbul etdiklərini dedilər. Bildirdilər ki, yazılı qanunlara görə hər hansı pozuntu olmasa da mənəvi qanunlara görə, mentalitetə görə bu cür yazılar yazmaq olmaz.”

Bakı polisindən bu hadisə ilə bağlı hər hansı reaksiya verməyiblər.

Mayın 19-da Binəqədidə 16 mərtəbəli bina yanıb. Yanğında 14 nəfər ölüb, 54 nəfər xəsarət alıb. Faktla bağlı Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb.

XS
SM
MD
LG