Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:04

«Mən sammiti yarımçıq tərk etməmişəm. Bu, Ermənistanın uydurmasıdır»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı «Şərq Tərəfdaşlığı» ölkələrinin Riqa sammitində Azərbaycanla bağlı baş verənlərə aydınlıq gətirib.

apa-nın məlumatına görə, Avropa İttifaqının tərəfdaş ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəklədiyini xatırladan nazir sammitdə mübahisənin nədən ibarət olduğunu açıqlayıb:

«Biz bildirdik ki, bizim üçün münaqişənin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin Bəyannaməsinə salmaq istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə bu sənədlər əsasında həll olunmalıdır. Bununla belə, sonda razılıq əldə olundu ki, Azərbaycan da Bəyannaməni imzalasın, ancaq xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Nazirliyi olaraq xüsusi bəyanat göndərəcəyik ki, Azərbaycan bu münaqişənin həllini necə görür. Bu bəyanatı sammitin yekun sənədinə əlavə edəcəklər, bununla da məsələ bitmiş olacaq».

E.Məmmədyarov sammiti yarımçıq tərk etməsi barədə məlumatlara da aydınlıq gətirib: «Belə bir şey olmayıb. Bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır. Çünki mənim sammiti yarımçıq tərk etməyim üçün heç bir səbəb yox idi».

XS
SM
MD
LG