Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:32

Avropa Məhkəməsi jurnalistin ərizəsini baxılmaq üçün qəbul edib


Tapdıq Fərhadoğlu
Tapdıq Fərhadoğlu

-

Avropa İnsan Hüquqları Məhkəməsi «Turan» agentliyi və «Amerikanın səsi» radiostansiyasının müxbiri Tapdıq Fərhadoğlunun (Quliyev) ərizəsini baxılmaq üçün qəbul edib.

Bunu jurnalistin maraqlarını müdafiə edən hüquqşünas Samirə Ağayeva bildirib.

Şikayət ondan ibarətdir ki, BDU tələbələrinin etiraz aksiyasının işıqlandırılması zamanı jurnalistə hücum faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmayıb. Hücum nəticəsində jurnalist ciddi xəsarət alıb və iş qabiliyyətini qismən itirib.

S.Ağayeva bildirib ki, şikayətdə jurnalistin Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 3-cü (işgəncənin və qeyri-insani davranışın qadağan edilməsi); 6-cı (ədalətli məhkəmə çəkişməsi hüququ) və 10-cu fikrin ifadə olunması azadlığı) maddələri ilə zəmanət verilmiş hüquqları pozulub.

2014-cü il fevralın 20-də T.Fərhadoğlu tələbələrin etiraz aksiyasını çəkərkən BDU mühafizə xidmətinin rəisi Mahir Xocatov jurnalisti bir neçə dəfə kürəyindən əli ilə vurub və təpikləyib.

Jurnalistin həmkarları bu faktı lentə alıblar. Video və digər sübutların olmasına baxmayaraq, Yasamal rayon Prokurorluğu fakt üzrə cinayət işinə başlamaqdan imtina edib. Jurnalist Yasamal məhkəməsinin müstəntiqinin fəaliyyətsizliyindən şikayət edib. Ancaq apellyasiya şikayəti də təmin olunmayıb.

XS
SM
MD
LG