Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:18

Zibillikdə yaşayan müəllim...


Arxiv fotosu
Arxiv fotosu

-

Qaraçuxurdadakı Şərq yeni yaşayış massivi ərazisindəki zibilliklərin yanından ötəndə bu kişi ilə tez-tez rastlaşa bilərsiz - başında kirdən rəngi bilinməyən panama, yayın cırhacırında əynində cırıq, qalın kürk, ayağında solmuş, rezin çəkmə...

Niyaməddin Babayev uzun illər müəllim işləyib. Məktəblərdən birində biologiya fənnini tədris edib. 71 yaşı var. Çoxdan təqaüdə çıxıb. Belinə şəllədiyi torbasından bir qovluq sənəd çıxarıdb arasından təqaüd kartını göstərir, keçmiş vəsiqələrini, şəkillərini göstərir.

BİRCƏ OĞUL NAXƏLƏF ÇIXMASAYDI...

"Mən müəllim olmuşameeeyy, elə anadan "bomj" doğulmamışam... Xoşum gəlmirhaaa o sözdən, gedib elə yazarsan birdən. Mən "bomj" deyiləmhaa, mənim evim-eşiyim... Bircə oğlum naxələf çıxmasaydı...

Qəhərdən boğulur, sözün ardını gətirə bilmir.

Qovluqdan çıxartdığı şəkillərini, vəsiqələrini sanki əlindən alıb qaçacam deyə, mənə ehtiyatla uzadır. Deyir, aparıb qəzetə-filana vurarsan, biyabır olaram.

"Yooo, şəklimi çəkmə... mənim tələbələrim var axı... Görüb tanıyarlar, utanıram..."

Telefonun diktafon hissəsini də işə salmağa qoymur:

- Səsimi yazma... Başa düşürsən?.. Mənə sənin köməyin lazımdır... Sadəcə köməyin. Məni göstərmə, səsimi heç yerə vermə. Bacarırsansa, kömək elə, ev-eşiyimi özümə qaytaraq. Bircə bunu bacarsan..."

İkinci qalın qovluqda isə sənədlərdir.

"Bax, bu məhkəmələrdir... Hamısı təsdiqlədi ki, bəli, vətəndaş evini övladına bağışlayıbsa, küçədə yaşamalıdır. Bu, bizim məhkəmələrdir".

"QOLUMDAN TUTUB ATDI ÇÖLƏ"

Qısası, Niyaməddin Babayev vaxtilə tikdiyi ev-eşiyini, bağını, avtomobilini üzü qocalığa doğru sənədlə-sübutla övladları arasında bölüb. Qızı payına düşəni satıb ailəsi ilə Almaniyaya köçüb. Oğlusa onu çölə atıb.

"Vaxtilə əziyyətlə tikdiyim evə illərlə yaxın düşə bilmədim. O bağda da çoxlu ağaclar əkmişdim. Oğlum qolumdan tutub atdı çölə. Dedi, mənə bağışlamısan, mənimdir, buralara gəlmə. Get birinci arvadını tap, onunla qal".

Bir oğlu, bir qızı var. Düşünüb ki, qocalıb əldən düşüb, sağ ikən nə mülkü varsa övladlarımın arasında bölüşdürsün. Bağışlanma müqaviləsi ilə Novxanıdakı bağ sahəsini, Bakıxanovdakı həyət evini oğlu Telmana bağışlayıb. İçkiyə qurşanan oğluna etiraz edəndə isə, necə deyərlər, oğlu onu qapı arxasında qoyub.

"Bir gün gəlib gördüm evin qıfılını dəyişib ki, mən evə girə bilməyim. Bağa da dostlarını yığmağa başladı. Aramızda narazılıqlar başlayanda dedi, ev mənim, bağ mənim, get başına çarə tap".

Ata arxayın imiş ki, istənilən vaxt bağışlanma müqaviləsini pozub mülkünü özünə qaytara biləcək. Ancaq məhkəməyə üz tutanda arxayınçılığı puç olub.

Oğluna bağışladığı mənzili və bağ evini geri almaq üçün məhkəməyə müraciət edən ataya bildirilib ki, bağışlanma müqaviləsi ləğv edilə bilməz.

Məhkəmə qətnamələrində göstərilir ki, vaxtilə bağışlanma müqaviləsində hədiyyənin geri tələbini təmin edən tələblərlə bağlı şərtlər göstərilməyib. Bu səbəbdən

BAĞIŞLANMA MÜQAVİLƏSİNDƏ ŞƏRTLƏR GÖSTƏRİLMƏYİBSƏ...

Hüquqşünas Fuad Hüseynov da bu məsələdə qanunun ataya köməyini mümkün saymır:

"Bağışlama müqaviləsi əgər qanunvericiliklə nəzərdə tutulmuş qaydada - yəni şərtlərlə bağışlanıbsa və qarşı tərəf o şərtlərin icrasından yayınırsa, əmlakı bağışlayan tərəf məhkəmə qaydasında müqavilənin xitamına nail ola bilər. Əgər bağışlanma müqaviləsində hər hansı şərtlər qoyulmayıbsa, atanın bu iddiasının məhkəmə perspektivi yoxdur".

Hüquqşünas deyir ki, qanunvericiliklə bağışlanma müqaviləsində göstərilməli olan şərtlər bunlardır:

- Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;

- hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;

- o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

Elə məhkəmə də onu əsas götürüb ki, əmlak oğula bağışlanarkən bağlanmış müqavilədə hədiyyənin sonradan geri tələb olunması ilə bağlı şərtlər göstərilməyib.

XS
SM
MD
LG