Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:57

«Sovetski» sakinlərinə ev püşkatma ilə veriləcək


-

«Əvvəl dedilər ki, əşyalı mənzillər veriləcək. Sonra dedilər yox, əşyalar mənzillərə nümunə kimi qoyulub, sonra götürüləcək. İndi də məlum olur ki, adımız, ümumiyyətlə, mənzil alanların siyahısında yoxdur».

Azerbaijan -- Baku resident Latifa Babayeva - 2015
Azerbaijan -- Baku resident Latifa Babayeva - 2015

35 ildir Bakının «Sovetski» adlanan ərazisində yaşayan Lətifə Babayeva belə deyir.

Onun 25 kvadratmetrlik mənzili qonşuluqdakı evlərin uçuntusu arasında qalıb. Ona vəd ediblər ki, tezliklə kvadratı az olan mənzillər üçün ayrıca proqram hazırlanandan sonra o da köçürüləcək.

Nəhayət, gözlənilən məqam yetişib. Nazirlər Kabineti «Sovetski» ilə bağlı iyunun 9-da sərəncam verib. Sərəncamda deyilir ki, kvadratı az olan evlərin sahibləri Nərimanov rayonundakı 200 mənzili binalara köçürüləcəklər. Ümumi sahəsi 45 kvadrat metr olan mənzillər ikiotaqlıdır.

«NƏ EV VERİRLƏR, NƏ DƏ VERDİKLƏRİ PULA EV ALA BİLİRƏM...»

70 yaşlı Lətifə Babayeva da bu xəbərdən sevinib. Hətta gedib mənzillərə də baxıb:

Gözlə

No media source currently available

0:00 0:02:53 0:00
Direct-ə keçid

«Mənzillər «Gənclik» metrostansiyasının yanında – Bədən Tərbiyəsi Universitetinin keçmiş yataqxanaları olan binalardadır. Bina yenidən təmir olunub. Mənə təklif olunan 32 min manata şəhərdə mənzil ala bilmərəm, ona görə də bu mənzillərə köçməyə razılaşdım. Amma indi məlum olur ki, mənim adımı siyahıya salmayıblar. Neçə aylardır mən uçqunlar arasında yaşayıram. Qaz, su və digər kommunikasiya xətləri kəsilib. Qonşuluqdakı evlər uçurulanda evim bərbad günə düşüb. Hamam, ayaqyolu tamamilə dağılıb. Məni neçə aylardır gözlədib, indi də deyirlər ki, adın siyahıda yoxdur. Bu nə deməkdir, mən bilmirəm».

«Qonşuluqdakı evlər uçurulanda evim bərbad günə düşüb».
«Qonşuluqdakı evlər uçurulanda evim bərbad günə düşüb».

SAKİNLƏRƏ MEBEL DƏ HƏDİYYƏ OLUNACAQ?

İlk iki mərhələdə yaşamağa başqa yeri olmayan, çoxsaylı ailə üzləri olanların köçürülməsi planlaşdırılır. Bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov apa-ya deyib. O, köçürülmə zamanı həm də yaşamaq üçün yararsız mənzil sahiblərinin diqqətə alındığını bildirib:

«Haradasa 200 təsərrüfat yeni mənzillərə köçürüləcək. Mənzillər püşkatma yolu ilə bölüşdürüləcək. Çoxuşaqlı ailələrə tikinti şirkəti tam mebel dəsti və avadanlıqlar hədiyyə edəcək».

200 AİLƏ KÖÇÜRÜLÜR, BƏS 100 AİLƏ?

Qış Parkı, Bayraq Meydanı kimi, «Sovetski» sakinlərinə də mənzillərin hər kvadratına 1500 manat təklif olunurdu. Bu məbləğdən narazı qalan sakinlər bir neçə dəfə etiraz aksiyası keçirmişdilər. O vaxt jurnalistlərə müsahibəsində Köçürülmə komissiyasının sədri Abid Şərifov demişdi ki, heç onlar özləri də bu ərazilərdə mənzillərin sahəsinin bu qədər az olduğunu bilməyiblər:

«Ona görə də biz həmin sakinlər üçün ayrıca proqram hazırlamalıyıq. Amma bunun üçün vaxt lazımdır. Söhbət bir-iki mənzildən getmir. Azı 300 mənzil 25 kvadratdan azdır».

Azı 300 mənzil 25 kvadratmetrdən azdır.
Azı 300 mənzil 25 kvadratmetrdən azdır.

Abid Şərifovun bir il əvvəl barəsində danışdığı proqram artıq hazırdır. Amma baş nazirin müavinin dediyi kimi, 300 ailə yox, 200 ailə yeni mənzillərə köçürüləcək. Bəs, digər 100 ailənin vəziyyəti necə olacaq?

Lətifə Babayeva deyir ki, bu sualın cavabını tapmaq üçün günü icra hakimiyyətlərində keçir:

«Mənə bir cavab verirlər ki, adımı siyahıya əlavə ediblər. Mənzillər növbə ilə paylanacaq. Amma mənim növbəm nə vaxt çatacaq, onu deyən yoxdur. Şəhərin mərkəzində rahat, özümə görə şəraiti olan evim vardı. Evimi bərbad günə qoyublar, neçə aydır bu vəziyyətdə qalmağım bir yana, məni get-gələ salıblar».

AZƏRBAYCANDAKI «KÖÇÜRÜLMƏ QAÇQINLARI»...

Azərbaycanda son illər mülkiyyət hüquqlarının pozulması ilk sıralardır. Parlamentin son iclasında deputat Zahid Oruc da bu məsələyə toxunub. Bildirib ki, Azərbaycanı həm də «köçürülmə qaçqınları» adı ilə tanıdırlar:

Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
Direct-ə keçid
Zahid Oruc
Zahid Oruc

«Mülkü plana düşənlərdən kimi verilən kompensasiyadan razı deyil, kimi deyir ki, dədə-baba mülkümdən çıxmaq istəmirəm. Biz 2005-ci ildə qanun qəbul etmişik. Həmin qanunda deyilir ki, bu cür mübahisəli hallarla bağlı məhkəməyə müraciət etmək olar. Vaxtında məhkəməyə müraciət olunsaydı, biz beynəlxalq tədbirlərdə «Azərbaycanda bir neçə növ köçkün var, həm də köçürülmə qaçqınları» sözlərini eşitməzdik. Hamıya məlumdur ki, bu köçürülmələrdən 95-97 faiz əhali qazanıb. Amma bu qazananlar qalıb bir tərəfdə, hər kəs bu narazı 3 faizdən danışır».

2015-Cİ İLDƏ KÖÇÜRÜLMƏYƏ 180 MİLYON MANAT AYRILIB...

«Sovetski»də söküntülər Bakının Baş Planına uyğun olaraq 2013-cü ilin sonlarından başlanıb. 2013-cü il dekabrın 12-də Hacıbala Abutalıbov bununla bağlı sərəncam verib.

Ümumilikdə, «Sovetski»də 10 min 500-dək təsərrüfat qeydə alınıb. Onlardan 82 faizi – 8 min 600-də ölçü və qiymətləndirmə işləri yekunlaşıb. 2 min 320 mülk sahibi ilə alqı-satqı aparılıb. Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər ərazi tam boşaldılıb. Orada paytaxt üçün əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılıb.

Köçürülmə işləri 6 mərhələ üzrə davam etdirilir.

2015-ci il büdcəsində «Sovetski»də köçürülmə işlərinə 180 milyon manat ayrılıb.

XS
SM
MD
LG