Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:23

"Dərman boss"u Həsən Şərifovu niyə tutublar?


-

Yerli mediada “maliyyə fırıldaqçılığı” və ya "Beynəlxalq Bankın məsələsi” adı ilə tanınan cinayət işi üzrə həbslər davam edir.

3 gün öncə daha bir işadamı – dərman ticarəti ilə məşğul olan “Riyad Farm” MMC-nin prezidenti Həsən Şərifov da həbs olunub.

Hələ ki neçə nəfərin həbs ediməsi, neçə nəfərin istintaqa çağrılması haqda rəsmi açıqlama yoxdur. Ümumilikdə, bu iş üzrə istintaqa 200 nəfərin cəlb edildiyi bildirilir.

«Riyad-Farm» öz saytında yazır ki, Azərbaycanda əczaçılıq bazarında ən qabaqcıl distribütorlardan biridir. Dünyanın aparıcı beynəlxalq əczaçı şirkətləri ilə bağladığı birbaşa müqavilələr əsasında dərman vasitələrini Azərbaycan bazarına gətirən ən böyük idxalçılardan biridir. Şirkətin 2414 işçisi var.

HƏBSLƏR AVROPA OYUNLARINDAN SONRA GÖZLƏNİLİRDİ...

Avropa Oyunları ərəfəsində bu iş ətrafında proseslər səngimişdi. Amma iyunun 19-da Nərimanov rayon məhkəməsi Həsən Şərifovun 3 ay həbsi ilə bağlı qərar çıxarıb.

"Yeni Müsavat" qəzeti yazır ki, «Riyad-Farm»ın Beynəlxalq Bank qarşısında ümumilikdə 24 milyon dollarlıq kredit öhdəlikləri var.

Bu öhdəliklərə şirkətin Almaniyanın «Kommerzbank»ından Azərbaycan Beynəlxalq Bankının zəmanəti ilə aldığı 14 milyon dollar kredit və Sahibkarlığa Kömək Milli Fondundan alınan 10 milyon dollar kredit daxildir.

8 MİLYARDIN 6 MİLYARDI…

Beynəlxalq Bank 51 faiz səhm paketi ilə Maliyyə Nazirliyinin nəzarətindədir. Bu bankın nəzarətində ümumilikdə 8 milyard dollar var.

Hüquq-mühafizə orqanlarının araşdırmalarına görə, 8 milyard dolların 6 milyard dolları müxtəlif iş adamlarına kredit şəklində verilib. O vəsaitin bəzi hissəsi qaytarılmayıb, bəzilərinin ödənişi isə gecikdirilib.

Götürdüyü krediti qaytarmadığına görə, həbs olunanlar arasında “Bayraq Meydanı”nın direktoru, Azimport Şirkətinin rəhbəri Rəşad Məmmədov, Beynəlxalq Bankın Dubay filialının direktoru Adil Hüseynov, sabiq depuat Dünyamin Xəlilov da var.

Deputat Vahid Əhmədov müsahibələrindən birində həbs olunanların sayının artacağını istisna etməyib.

Bu kreditlər Beynəlxalq Bankın idarə heyətinə Cahangir Hacıyevin sədrlik etdiyi vaxt verilib. Martda C.Hacıyev "səhhətindəki problemi" əsas gətirərək vəzifəsindən istefa verib. Onun özünün biznesləri, eləcə də maliyyə dəstəyi verdiyi “Simurq” futbol klubu fəaliyyətini dayandırıb

XS
SM
MD
LG