Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:41

Əli Kərimli: «Bəs deyirlər, «yeyib doymusunuz»?»


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

-
«Mərkəzi Bank növbəti devalvasiyaya gedə bilər»

«Yeni Müsavat» qəzeti yazır ki, Mərkəzi Bank növbəti devalvasiyaya gedə bilər: «Fevral devalvasiyasından keçən beş aya yaxın müddətdə növbəti devalvasiya ehtimalları aktuallığını qorumaqdadır.

Son aylar əmanətçilərin banklardan pulunu geri çəkməsi, həmçinin neftin qiymətində kəskin bahalaşmanın olmaması, yaxın illərdə neftin qiyməti ilə bağlı verilən bədbin proqnozlar manatın dəyərini yenidən itirəcəyi barədə müzakirələri yeniləyib.

Əksər ekspertlər manatın ucuzlaşacağı barədə bədbin gözləntilər barədə müzakirə aparırlar. Yəni Mərkəzi Bank bu il növbəti devalvasiyaya gedə bilər və bunun üçün kifayət qədər səbəblər var».

«Banklarda dollar aşıb-daşır, amma…»

Ölkədə pul dövriyyəsi kəskin azalıb, böhran bütün sahələri iflic edir . Bunu «Bizim yol» qəzeti 9 iyul saylı tarixində yazır: «Manatla kredit qoyuluşlarında kəskin bahalaşma, xarici valyutada isə ucuzlaşma baş verir. Ölkə iqtisadiyyatında pul kütləsi azalmaqda davam edir.

Azərbaycan Mərkəzi Bankının iyunun 1-nə dair statistikasına görə, ölkədə geniş pul kütləsi geridə qoyduğumuz 5 ayda 21,5 milyard manatdan 18,9 milyarda qədər düşüb. Dövriyyədə olan manatın kütləsi isə ilin əvvəlindən indiyədək 17,4 milyarddan 11 milyarda qədər azalıb. Doğrudur, aprel ayı ilə müqayisədə pul kütləsi sabit qalıb.

Ekspertlərin fikrincə, pul kütləsinin azalmasından maliyyə və real sektor çox əziyyət çəkir. Nəticədə həm əhalinin, həm də hüquqi şəxslərin gəlirləri aşağı düşüb, iş yerlərinin bağlanması kütləviləşib, qiymətlər isə bahalaşıb».

«Bircə bank zülmünü dayandırın»

«Xalqın ucuz kredit almasının qarşısını kəsməyin. Qazancınız qismən azalacaq, olmazmı? Bəs agenturanız təkrarlayır ki, «yeyib doymusunuz», düz demirlər?» Bunu «Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin Facebook statusuna istinadən yazır. Əli Kərimli bildiri ki, Avropa Oyunlarından sonraya vəd olunmuş sürpriz çox güman ki, bu imiş, banklar kredit faizlərini artırdılar:

Yazıqdır bu xalq. Banklarınız faiz adı altında artıq xalqın ev-eşiyini də əlindən alır. İmkan verin, dünyanın böyük bankları Azərbaycana gəlsin, xalqa illik 5-7 faizlə kredit versin. Xalq bir az özünə gəlsin.

«Bank of Baku»da kreditlər manatla illik 35-39%-lə, dollarla isə 34-38%-lə verilir. «Unibank»da isə manatla kreditlər 32%-dən 40%-ə qədər, dollarla kreditlər isə 26-28%-dən 35%-ə bahalaşıb. Digər banklarda da oxşar vəziyyətdir. Hələ vəziyyət getdikcə daha da pisləşəcək.

Yaxşı, onu başa düşdük ki, korrupsiyaya, monopoliyaya qarşı mübarizə sizlik deyil. Üstündə oturduğunuz budağı kəsə bilmirsiniz.

Müstəqil məhkəmə formalaşdırmaq, ölkəni xarici sərmayələr üçün cəlbedici etmək, azad rəqabət mühüti yaratmaq və bu qəbildən olan digər ciddi islahatlar da sizlik deyil.

Heç olmazsa, bircə sadə addım atın. Yazıqdır bu xalq. Banklarınız faiz adı altında artıq xalqın ev-eşiyini də əlindən alır. İmkan verin, dünyanın böyük bankları Azərbaycana gəlsin, xalqa illik 5-7 faizlə kredit versin. Xalq bir az özünə gəlsin».

Moskvada Leyla Əliyevanın iftar süfrəsi

Yap.org.az yazır ki, Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb.

Moskvada iftar süfrəsi (iyul, 2015)
Moskvada iftar süfrəsi (iyul, 2015)

Tədbirdə Azərbaycan diasporunun və gənclərin nümayəndələri, müxtəlif millətlərin oruc saxlayan təmsilçiləri iştirak ediblər.

Əvvəlcə qonaqlar «Ramazan çadırı» qarşısında açılan fotosərgi ilə tanış olublar. Ekspozisiya birinci Avropa Oyunlarına, Azərbaycanın memarlıq və dini abidələrinə həsr olunub. Sonra Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz və Moskva müsəlmanları Azərbaycan milli yeməklərinə və şirniyyatına qonaq olublar.

Yap.org.az yazır ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, «İxlas» Fondunun sədri Anar Məmmədov çıxış ediblər. Onlar müsəlmanları bayram münasibətilə təbrik edərək, Azərbaycanda Ramazanın necə qeyd edilməsindən danışıblar.

XS
SM
MD
LG