Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:52

Berlin burkanı qadağan edəcəkmi?


Almaniyanın dünyəvi cəmiyyəti bütövlükdə dinə, ayrılıqda isə İslama köhnə dövrlərdən qalma atavism kimi baxır.

Anna Sauerbrey

Son bir neçə həftə ərzində almanlar Berlində yaşayan gənc müsəlmən bloqçu Betul Ulusoyun adını özləri üçün kəşf ediblər.

Hüquq ixtisası üzrə diplom aldıqdan sonra xanım Ulusoy Berlin şəhərinin bələdiyyəsinə iş üçün müraciət edib və nəhayət ona paytaxtın Neyköln şəhərində kiçik bir məmur vəzifəsi verilib.

Lakin o, kontraktı imzalamaq üçün başı bağlı gələndə, ona bildirilib ki, administrasiya öz qərarını ləğv etməli olacaq, belə ki Berlinin “neytrallıq” barədə öz qanunu var. Almaniyanın bir çox başqa bölgələrində olduğu kimi Berlində də qanun bir sıra vəzifələri tutacaq şəxslərin dini simvollardan çəkinməsini, dini mənsubiyyətlərini göstərən paltarlar geyinməməsini tələb edir.

Lakin belə bir qərarla razılaşmayan xanım Ulusoy bu əhvalatı mətbuata çıxarıb və Almaniya cəmiyyətində hicabın yeri barədə qızğın debatlara başlaylıb.

Neytrallıq qanunu neytraldırmı?

Baş örtüyünə qarşı sərt münasibəti ilə əsasən Fransa tanınsa da, Almaniyanın bir sıra liberalları və mühafizəkarları bu qənaətdədirlər ki, hicab bir dini simvol kimi rəsmi idarələrdə və məkəblərdə qadağan edilməlidir. Onları feministlər fəal şəkildə dəstəkləyirlər, çünki feministlərə görə hicab qadınlara qarşı dini basqının bir növüdür.

Lakin belə bir mövqe ilə heç də hamı razılaşmır. Almaniyanın əhəmiyyətli saya malik müsəlman əhalisi baş örtüyünü dəstəkləyir, solçu və mühafizəkar siyasətçilərin bir qismi isə hesab edir ki, “neytrallıq qanunu” fərdlərin dini hüquqlarını məhdudlaşdırır.

Yuxa yayan və ya bloq yazan

Almaniyalı rəssam Sabine Reyer-in "çadralı Barbiləri"
Almaniyalı rəssam Sabine Reyer-in "çadralı Barbiləri"

Xanım Ulusoy Almaniyada rəğbət bəslənilən “hüquqsuz müsəlman qadını” stereotipinə də uyğun gəlmir. Almaniyanın mövqeyinə görə hicab məsələsində orta mövqe yoxdur: hicablanan qadın o deməkdir ki, o sərt müsəlman ailəsində patriarxın zülmü altında inləyir, zorla uzaq qohumuna ərə verilib və həyatı yuxa yaymaqdan ibarətdir, və ya hicabsız qadının elmi dərəcəsi var, bloq yazır, güclü siyasi ideyalara malikdir – bir sözlə müsəlman olmasını heç nə ilə nümayiş etdirmir.

Dindarlıqla müstəqilliyin, dinlə siyasi müdrikliyin birlikdə mövcud ola biləcəyi bir çox almanın ağlına batmır. Son onilliklərdə Almaniya çox dərindən dünyəviləşib. Bu ölkədə həm katolik, həm də protestant kilsəsləri öz davamçılarını sürətlə itirir. Bu gün almanların üçdə biri özlərini heç bir dinə aid etmir.

Avropada müsəlmalar çox deyillər...

Buna baxmayaraq mühacirət ölkəyə özü ilə birlikdə din gətirir. Hazırda Almaniyada müsəlmanların sayı 3, 8 – 4, 3 milyon arasında təxmin edilir ki, bu da ölkə əhalisinin 5 faizi deməkdir. Bu həm də o deməkdir ki, Almaniya müsəlman əhalinin sayına görə Avropada Fransadan sonra ikinci ölkədir.

Almaniyada bir çoxları dinə qorxulu və təhlükəli patologiya kimi baxırlar

Rəqəm göstəricilərinə baxanda, İslam qarşıdan gələn illərdə Avropada azsaylı davamçıları olan din kimi qalacaq. Lakin buna baxmayaraq “islamlaşma” qorxusu geniş yayılıb. Bu, Finlandiyadan Fransayadək Avropa boyunca ifrat sağçı populist siyasi partiyaların artmasına rəvac verib. Onların yüksəlişi adətən siyasi fenomen kimi qiymətləndirilir. Lakin buna həmçinin mədəni yadlaşmanın təzahürü kimi də baxıla bilər. Almaniyada bir çoxları dinə qorxulu və təhlükəli patologiya kimi baxırlar. Əgər televiziyada cümə detektiv proqramı üçün şübhəli bir obraz yaratmaq istəyirsənsə, onu ibadət edən birisi kimi təqdim edə bilərsən.

“Ağlı başında olan da başını bağlayarmı?”

Almaniyanın dünyəvi cəmiyyəti bütövlükdə dinə, ayrılıqda isə İslama köhnə dövrlərdən qalma atavism kimi baxır. Rahiblik və dinə könüllü tabe olmaq orta Almaniya obıvatelini (karbohidratsız pəhriz və ya yoqadan fərqli olaraq) divanəlik həddinə çatdırır. Onlar başa düşə bilmirlər ki, bəzi insanlar könüllü olaraq niyə yeməkdən imtina edir və ya yayın qızmarında başlarını örtürlər. Onların nəzərində Ulusoy kimi şəxslərin ya ağılları başlarında deyil və ya onlar müəyyən qara qüvvənin qurbanı olublar.

Almanların nəzərində Ulusoy kimi şəxslərin ya ağılları başlarında deyil və ya onlar müəyyən qara qüvvənin qurbanı olublar

Fransa, Belçika və Almaniyanın bir sıra federal torpaqlarında qüvvədə olan neytrallıq qanunları dini azadlıqların ənənəvi interpretasiyasından qaynaqlanır. Avropada söhbətdaha çox din azadlığından yox, dindən azadlıqdan gedir. Belə yanaşma bizim tariximizdən alınan dərslərdən – monarxiya ilə kilsənin yaxınlığından, sonsuz-hesabsız qanlı din müharibələrindən qaynaqlanır.

Yaxın keçmişlərdə sərt dünyəvilik əhəmiyyətli idi, lakin gələcək çoxmədəniyyətli Avropada dini ifadə azadlığı üçün daha geniş məkana ehtiyac var.

Avropanın “neytrallıq” qanunlarının məğzində dərin bir anlaşılmazlıq var. Çünki neytral olmaq hələ anti-dindar olmaq deyildir. Lakin bu, mühacirətn gətirdiyi mədəni parçalanmanı sağaltmır, əksinə daha da qabardır. Fransaya baxmaq yetərlidir.

Almaniya Fransadan nümunə götürməyəcək

2004-cü ildən Fransa tələbələrinə məktəblərdə dini simvolların gəzdirilməsi qadağan edilib. 2011-ci ildə burqa küçələrdə və ictimai yerlərdə qadağan olunub.

Qadağanlar elan ediləndən bəri ölkə dərinin nə dərəcədə görünə biləcəyinə dair qızğın müharibəddir. Bir neçə ay bundan əvvəl Şarlvil-Meziyers şəhərində bir tələbə qız topuqlarına çatan ətək geyindiyi üçün məktəbdən xaric edilib. Hicablanan bu qız adətən baş örtüyünü məktəbə daxil olmazdan əvvəl çıxararmış. Yerli qəzet bu əhvalat barədə yazdıqdan sonra ölkə boyunca Tvitter debatları başlanıb. Ölkənin təhsil naziri etiraf etməli olub ki, yubka dini geyim hesab oluna bilməz. Bununla belə nazir məktəb rəhbərliyini neytrallıq qanununu tətbiq etməkdə prinsipiallığına görə təqdir edib.

Xobəxtlikdən Almaniyanın yasaq məsələsində Fransadan nümunə götürəcəyi gözlənilmir. Mart ayında Konstitusiya Məhkəməsi müəllimlərin başlarını örtməsini qadağan edən dövlət qanunvericiliyini ləğv edib. Məhkəməınin qərarında deyilir ki, “dövlətin konstitusyon neytrallığı bütün dinlərin azadlığını təmin edir”.

Bununla belə, Almaniyada “Leitkultur” və ya ümumi mədəniyyət ideyası hələ də yaşayır və hər bir-iki aydan bir mühafizəkar Xristian Demokratik İttifaqından hansısa siyasətçi pərəncənin qadağanına çağırır. Buna görə də Betul Ulusoyun baş örtüyü mübarizəsi tezliklə başa çatmayacaq. O isbat etməlidir ki, başı işlətməklə, onu örtmək arasında ziddiyyət yoxdur.

Anna Sauerbrey Der Tagesspiegel qəzetinin rəy rubrikasının redaktorudur.

XS
SM
MD
LG